Azərbaycanda Yoqa həftəsi keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda Yoqa həftəsi keçirilib - FOTO

09:37 - 25 / 06 / 2018
 Azərbaycanda Yoqa həftəsi keçirilib - FOTO

4-cü Beynəlxalq Yoqa Günü münasibətilə 17-24 iyun tarixlərində Bakıda, Atəşgahda, Sumqayıtda, Yanardağda və Qobustanda yoqa ilə bağlı bir həftə boyunca müxtəlif tədbirlər həyata keçirilib.

1news.az xəbər verir ki, Hindistan səfirliyinin təşkil etdiyi, Azərbaycan Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyinin, Heydər Əliyev Mərkəzinin, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun və Azərbaycandakı müxtəlif yoqa məktəblərinin dəstəyi ilə təşkil olunmuş tədbirlərdə mindən artıq yoqa sevərlər və həvəskarları iştirak etdilər.

Yoqa həftəsi 17 iyunda Atəşgah Od Məbədində çoxinanclı od mərasiminin keçirilməsi və açıq havada yoqa ilə başladı. 21 iyunda Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən əsas yoqa tədbirində Azərbaycan hökumətinin və BMT-nin Bakı ofisinin nümayəndələri iştirak etmişdir. BMT İnkişaf Proqramının rəhbəri Qulam İsakzai gender bərabərliyini və qadınların gücləndirilməsini təbliğ etmək məqsədilə sosial media təşəbbüsü olan “ Yoga Challenge – 2018”i  irəli sürüb.

Sumqayıt İcra Hakimiyyətinin dəstəyi ilə 18 iyunda Sumqayıt Dənizkənarı Bulvarında, 20 iyunda Yanardağda və 23 iyunda Qobustan Dövlət Tarixi- Bədii Qoruğunda keçirilən yoqa tədbirlərində yüzlərlə insan iştirak edib. Yoqa həftəsi Bakıdakı yoqa məktəbləri- Art of Living, Shivananda Yoqa məktəbi, Yoqa Shahi, Yoqa Academy Baku məktəbləri, Pullman otelin tərəfdaşlığı ilə həyata keçirilib. Yoqa tədbirlərinə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi (Qayğı), İSCKON və Brahma Kumaris də qoşulub.

BMT və ona üzv ölkələr 11 dekabr, 2014-cü ildə 21 iyunu Beynəlxalq Yoqa Günü elan edib. Həmin tarixdən etibarən Beynəlxalq Yoqa Günü yoqanın fiziki və əqli faydaları haqqında məlumatı artırmaq məqsədilə hər il qeyd olunur.

Hindistan səfiri Sanjay Rana yoqanın fiziki məşğələlərdən daha çox, bədən və ağıl arasında harmoniyanı inkişaf etdirmək məqsədilə fiziki və tənəffüs məşğələləri sistemi olduğunu bildirib. Yoqa ilə müntəzəm şəkildə məşğul olmaq fiziki xəstəliklərdən yayınmaq və streslə mübarizə aparmaq üçün davamiyyət yaradır.

Qeyd olunub ki, 24 iyunda, Yeni Bakı Bulvarında YARAT Müasir İncəsənət Məkanı tərəfindən təşkil olunan müxtəlif tədbirlərdən və mədəni proqramdan ibarət bütün gün davam edəcək yoqa proqramında giriş hər kəs üçün sərbəst olub.

P.Sultanova

 

Paylaş:
811

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər