Azərbaycanda yeni təqaüd proqramı hazırlanacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda yeni təqaüd proqramı hazırlanacaq

12:10 - 14 / 05 / 2019
Azərbaycanda yeni təqaüd proqramı hazırlanacaq

AzərAzərbaycanda yeni təqaüd proqramı hazırlanacaq. Bu məsələdə Sovet dövründən qalma ənənələrdən uzaqlaşacağıq.

1news.az-ın Publika.az-a istinadən verdiyi xəbərə görə, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Avropa Regional Sosial Təminat Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, yeni təqaüd proqramı 2015-ci ildən baş verən yenilikləri özündə əks etdirəcək: “Sovet İttifaqı dövründən miras qalan sistemdən uzaqlaşacağıq. Sosial müavinətlər, imtiyazlar sistemində də daha ünvanlı sistem quracağıq. Sosial yardım sisteminin məşğulluqla uzlaşmasına şərait yaradacağıq. Bunun adı sosial dəstək olacaq. Özünüməşğulluqla bağlı Dünya Bankı ilə danışıqlar aparırıq. BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq edirik. Məqsəd daha çox insanı əhatə etmək, kiçik biznesin inkişafına təkan verməkdir.

Əlilliyin müəyyən edilməsi sistemində islahatlar aparacağıq. Burada da Sovet İttifaqından qalma sistemindən uzaqlaşmaqla, tamamilə yeni meyarlar üzərində işləyirik. Qanunvericilik aktlarının da bu istiqamətdə hazırlanması üzərində işləyirik. Artıq qanun layihələri Mill Məclisə təqdim edilib. Bununla yanaşı reabilitasiya sistemini hazırlayırıq. Bu daha çox sosial reabilitasiya və məşğulluqla bağlı məsələlərdir”.

Nazir bildirib ki, əmək müfəttişlərinin işini elektronlaşacaq: “Bununla da neqativ halların qarşısını alacağıq. Bu sahədə Beynəlxalq təşkilatlar təftişlərin sayını artırmağı tövsiyə edir. Biz də bu istiqamətdə iş aparırıq”.

1news.az

Paylaş:
773

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər