Azərbaycanda qızları olan ailələrə şad xəbər | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda qızları olan ailələrə şad xəbər

09:50 - 21 / 11 / 2018
Azərbaycanda qızları olan ailələrə şad xəbər

Azərbaycanda qız övladları olan ailələri dəstəkləmək və qadınların sosial həyatda iştirakını stimullaşdırmaq təklif edilir.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu təklif BMT-nin Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə hazırlanmış "Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyatı cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı"nın layihə sənədində qeyd edilib.

Sənəd layihəsində yalnız qız övladı olan ailələr üçün onlara dəstək verəcək proqramların yaradılması və icra edilməsi təklif edilir.

Eyni zamanda, qeyd edilir ki, həmin dəstək ya qızların özünə (məsələn, təhsil təqaüdləri, yaxud tibbi imtiyazlar kimi), yaxud valideynlərinə (pensiya dəstəyi kimi) verilməlidir.

Layihəyə görə, bu tədbirlərin 2019-2022-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Ombudsman tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Trend-ə açıqlamasında qız uşaqlarının doğulması üçün ailələrə xüsusi stimullaşdırıcı yardımların verilməsini düzgün saymır.

Sədr müavini bunun üçün insanların şüurlarının dəyişməsini vacib hesab edir:

"Əgər bu gün "Ailəyə dəstək daha çox qız, yoxsa oğlan tərəfindən gəlir?" deyə bir təhlil aparılsa, inanıram ki, üstünlük qız övladlarına veriləcək. Bu gün qızlar ata-anasına daha çox dəstək verirlər, nəinki oğlanlar. Qız uşaqlarını saxlamaq üçün ailəyə pul, yaxud başqa yardım edilsə, daha çox qız uşaqlarının doğulmasına meyil yaranacaq".

S.Qəhrəmanovanın fikrincə, belə yardımların edilməsindənsə, ailələr üçün dəstək proqramlarının genişləndirilməsi daha faydalı olar:

"Azərbaycanda ailələrə özünüməşğulluğun təmin edilməsi üçün vəsait verilir. Bu vəsait ailəyə öz biznesinə başlamağa yadım edir. Bunu inkişaf etdirmək lazımdır. Biz komitə olaraq, belə məsələlərlə də rastlaşırıq ki, hansısa bir kənddən qız uşağı ali məktəbə qəbul olunur, ailənin isə ona maddi dəstək verməyə imkanı çatmır. Məsələn, Qaxın kəndlərindən birində yüksək balla ali məktəbə qəbul olunan qızın təhsil almaq imkanı yox idi. Komitənin müraciətindən sonra onun qəbul olunduğu universitet qıza dəstək verdi və qız təhsilini davam etdirə bildi. Qız uşaqlarının inkişafı üçün müvafiq orqanlar tərəfindən onlara belə dəstəklər göstərilməlidir".

Xatırladaq ki, 1990-cı illərin əvvəllərindən doğulanlar arasında qız uşaqlarına nisbətdə oğlan uşaqlarının artımı, cins nisbətinin pozulması müşahidə olunur. Bioloji normaya görə, hər 100 yenidoğulan qıza 105-106 oğlan uşağı düşməli olsa da, Azərbaycanda bu göstərici (2017-ci ildə) 114 olub.

S.Xankişiyeva

 

Paylaş:
2589

Son xəbərlər

Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01
Bütün xəbərlər