Azərbaycanda pakistanlı uşaq alverçisi peyda olub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda pakistanlı uşaq alverçisi peyda olub – FOTO

14:55 - 11 / 09 / 2018
Azərbaycanda pakistanlı uşaq alverçisi peyda olub – FOTO

İzak Caved adlı Pakistan vətəndaşı Azərbaycanda uşaq alverində şübhəli bilinir.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Facebook səhifəsində UAFA (“Azərbaycana Birgə Yardım Təşkilatı”) xeyriyyə təşkilatının nümayəndəsi Saleh Nəsirov yazıb:

“Azərbaycanda pakistanlı uşaq əlverçisi peydə olub!

Deməli, bu şəxs ofisimizə gəldi və kömək istədi (qida, pul, sığınacaq) və dedi ki, bütün sənədlərini, cüzdanını kredit kartları və pulları ilə qarışıq itirib.

Dərhal qəribə bir şey hiss etdim və bütün bunlar mənə çox şübhəli göründü və bu səbəbdən onu haqqında Google-da axtarış etməyə qərar verdim. Nə yaxşı ki, kartını saxlamışdı. Sən demə uşaq alverçisi imiş!”

Saleh Nəsirov qeyd edib ki, onunla söhbət zamanı hüquq-mühafizə orqanlarına müraciət etməyi məsləhət görüb:  

“O, dedi ki, Pakistandadır, orada uşaq sığınacağı var. Öz vizit kartını da verdi. İzak Caved məndə şübhə doğurdu. Ona Pakistanın Azərbaycandakı Səfirliyində kömək olunacağını bildirdim. Görünür bu məsləhətdən xoşu gəlmədi. O, başladı ki, sənədləri ilə bağlı ona kömək olunacaq. Ona sadəcə qida, pul və sığınacaq lazımdır. Söylədim ki, onun istədiklərini verə bilmərəm, yalnız lazımi instansiyalara istiqamətləndirə bilərəm”.

Saleh Nəsirovun şübhəsi özünü doğruldur. Google axtarış sistemində həmin pakistanlının adı uşaq alverində hallanır.

Blogların birində qeyd edilmiş məlumata əsasən, bir neçə il öncə İzak pakistanlı qızın ABŞ-a satılmasında vasitəçi kimi çıxış edib.

Blogun müəllifi Linda adlı xanım ürəkparçalayan sözlər yazıb. O, Pakistana aztəminatlı ailələrdən birinin qızını övladlığa götürmək niyyətilə gəldiyini bildirib. Lakin sənədləşmə işləri zamanı aydın olur ki, İzak uşağın atasına 10 000 dollar verəcəyini bildirib. Bunu bilən Linda qeyd edib ki, uşağa görə bir qəpik də verməyəcək. Çünki bu hərəkət alçaldıcı olmaqla yanaşı, həmçinin beynəlxalq hüquqi normaların pozulması deməkdir. Bundan sonra Lindanın başına bir çox bəlalar gəlir. Və o, uşağı övladlığa götürə bilmir. Ola bilsin ki, qızın validenyləri ona başqa adama satıblar. İzak isə aradan yoxa çıxır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müracit edən 1news.az-a quruma İzak Cavedlə bağlı şikayətin daxil olmadığını bildiriblər:

“Faktla bağlı araşdırma aparılacaq”.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
2606

Son xəbərlər

“TuranBank” 2024-cü ilin I rübünün nəticələrini elan etdi16 / 04 / 2024, 19:55Qırmızı Meydan ziyarətçilərə bağlanıb16 / 04 / 2024, 17:46Azərbaycan elektromobil idxalını artırıb16 / 04 / 2024, 17:40AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb16 / 04 / 2024, 17:38Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıb16 / 04 / 2024, 17:28Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb16 / 04 / 2024, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTO16 / 04 / 2024, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidir16 / 04 / 2024, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEO16 / 04 / 2024, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıb16 / 04 / 2024, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHI16 / 04 / 2024, 16:10Bakcell böyük yeniliklərə hazırlaşır16 / 04 / 2024, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcək16 / 04 / 2024, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTO16 / 04 / 2024, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTO16 / 04 / 2024, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildi16 / 04 / 2024, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib16 / 04 / 2024, 15:22Bakıda mənzildə meyit aşkarlandı16 / 04 / 2024, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edib16 / 04 / 2024, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib16 / 04 / 2024, 14:06
Bütün xəbərlər