Azərbaycanda kişilər atalıq məzuniyyəti götürə bilər – ŞƏRTLƏR | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda kişilər atalıq məzuniyyəti götürə bilər – ŞƏRTLƏR

17:01 - 18 / 10 / 2018
Azərbaycanda kişilər atalıq məzuniyyəti götürə bilər – ŞƏRTLƏR

“Uşağa görə atalıq məzuniyyəti” ifadəsi cəmiyyətimizdə birmənalı qarşılanmır. Lakin əksər xarici ölkələrdə bununla bağlı konkret qayda var. Məsələn, Fransada 16 həftə olan ödənişli doğum icazəsi, üçüncü uşaqdan sonra 26 həftəyə qədər uzana bilir.

Almaniyada da valideynlərə verilən ödənişli doğum icazəsi 14 həftədir. Ödənişsiz icazə müddəti isə həm ana, həm də ata üçün uşaq 3 yaşına çatana qədər uzadıla bilir. Norveçdə atalıq məzuniyyəti məcburidir və 14 həftəlikdir. Təzə ata-ana olanlar maaşlarının 80 faizini alaraq ümumən 59 həftə doğum icazəsindən istifadə edə bilirlər. Əgər ata bu icazədən istifadə etməsə, hökumət uşaq yardımını azaldır.

1news.az azedu.az-a istinadən xəbər verir ki, Azərbaycanda Əmək Məcəlləsi haqqında qanunda qadınlar kimi kişilərin də atalıq məzuniyyətinə çıxmaq hüququ var:

Maddə 130. İşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin müddətləri.

İşçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir:

1. b) arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə — 14 təqvim gününədək;

Təbii ki, bu məzuniyyətə müəllimlər də şamil edilir. Lakin onlar buna maraq göstərmir və onlara verilən hüquqdan istifadə etmirlər.

“Ölkəmizdə bu sahədəki vəziyyət olduqca qarışıqdır”

Sosioloq-alim Əhməd Qəşəmoğlu AzEdu.az-a danışarkən qeyd edib ki, ixtisasından asılı olmayaraq – müəllimlərin də - atalıq məzuniyyətinə ehtiyacı var:

“Təəssüf ki, Azərbaycanda bizə lazım olan, milli tərəqqiyə, dövlətin möhkəmləməsinə kömək edən, adət-ənənə əsasında yaradılmış ailə modelimiz yoxdur. Buna görə də, ailədə kişinin, qadının rolları barədə qarışıqlıq var. İndi 50 il bundan qabaqkı kimi düşünmək, ailəni o cür təsəvvür etmək mümkün deyil. Qloballaşma sürətlə gedir, cəmiyyət mürəkkəbləşir. Belə zamanda ailə məzmunca da dəyişir. Amma mahiyyət etibarilə, ailənin cəmiyyətin fundamenti olduğunu bilirik. Əvvəlcə, ailə modelini müəyyənləşdirmək lazımdır. Bundan sonra kişinin, qadının funksiyası, məzuniyyətdən istifadə etmək yolları bəlli olacaq.

Ənənəvi olaraq, Azərbaycan uşaqların tərbiyəsi, yetişdirilməsi, onlara qayğı göstərmək anaların öhdəsinə düşüb. İstər instinkt, istərsə də adət olaraq, bu sahədə qadınların rolu , təcrübəsi daha böyükdür. Ailənin iqtisadi problemlərinin həlli, onun müdafiəsi isə kişilərin öhdəliyidir.

Evdə vəzifə bölgüsündə yeni baxış varsa, o zaman funksiyaları aydınlaşdırmaq lazımdır. Doğrudan da, ailənin möhkəmlənməsində, yaxud, digər istiqamətlərdə sosial-iqtisadi problemlər varsa, o zaman ataya məzuniyyət verilməsinə böyük ehtiyac var. Ata məzuniyyət vaxtından səmərəli istifadə edə bilər. Lakin qanunvericilikdə qeyd olunan 14 gün məsələsi formal bir şeydir. Ölkəmizdə bu sahədəki vəziyyət olduqca qarışıqdır”.

1news.az

Paylaş:
5051

Son xəbərlər

Azərbaycanda yeni idman kanalına lisenziya verilibBu gün, 15:05Sumqayıtda 7 yaşlı uşağın ölümə səbəb olmaqda ittiham olunan məşqçiyə hökm oxunduBu gün, 14:51“McDonald’s Azərbaycan” və DSMF şəhid övladları üçün xeyriyyə tədbiri keçirib - FOTO - VİDEOBu gün, 14:45“For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatının elan etdiyi qrant müsabiqəsində 82 layihə təklifi qəbul edilibBu gün, 14:39Milli Məclisin 29 martda keçiriləcək iclasının gündəliyi açıqlandı - SİYAHIBu gün, 14:36“PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılırBu gün, 14:25AYNA xəbərdarlıq edir: Taksi sürücülərinin təlimlərdə əyani iştirakı mütləqdir!Bu gün, 14:15Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri yeni sahələri əhatə edəcək”Bu gün, 14:10Hərbi qulluqçuların maarifləndirilməsi üzrə keçirilən tədbirlər davam etdirilirBu gün, 13:56Bakıda bankdan oğurluq edilməsinin qarşısı alınıb - VİDEOBu gün, 13:48Xəzər dənizi vasitəsilə 29,7 kq narkotikin Azərbaycana gətirilməsinin qarşısı alınıbBu gün, 13:35FHN Bakının mərkəzində məşhur kafenin fəaliyyətini dayandırıb - FOTO - VİDEOBu gün, 13:01Sabah leysan olacaq - Bayram gününün havası açıqlandıBu gün, 12:40Heydər Əliyev mərkəzi üçün hazırlanan əsər - “Hava fontanı - kəlağayıların rəqsi” - VİDEOBu gün, 12:22Pensiyaçılar ölkə əhalisinin 10,8 faizini təşkil edirBu gün, 12:14Sabunçuda hospitalda ölüm faktı qeydə alınmasına görə araşdırma aparılırBu gün, 12:05Mingəçevirdə 200 min manatlıq dələduzluqda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 12:00Fevralda nə qədər adam pensiya təyinatı alıb? - AçıqlandıBu gün, 11:19RİNN bayramda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəkBu gün, 10:56“Qala” qoruğunda Novruz şənliyi keçirilib - FOTOBu gün, 10:48
Bütün xəbərlər