Azərbaycanda keçirilmiş prezident seçkiləri xarici KİV-lərdə geniş işıqlandırılıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanda keçirilmiş prezident seçkiləri xarici KİV-lərdə geniş işıqlandırılıb

14:15 - 18 / 04 / 2018
Azərbaycanda keçirilmiş prezident seçkiləri xarici KİV-lərdə geniş işıqlandırılıb

2018-ci il aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri dünyanın aparıcı kütləvi informasiya vasitələri də daxil olmaqla xarici media tərəfindən geniş işıqlandırılıb, dərc edilmiş xəbər, məqalə və şərhlər, yayımlanmış reportaj və süjetlər əsasən pozitiv xarakter daşıyıb, seçkilərin Azərbaycan seçicilərinin iradəsini əks etdirdiyi vurğulanıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, aprelin 10-da yazıların intensivliyi artıb, seçki mühiti, seçki prosesinin texniki təminatı, namizədlər, ayrı-ayrı siyasi qüvvələrin, QHT və KİV nümayəndələrinin, ekspertlərin seçkiyə münasibəti və digər məsələlərlə bağlı çoxsaylı şərh, rəy və analitik material verilib.

Aprelin 11-də xarici KİV-lər əsasən səsvermə, “exit-poll”lar, xarici müşahidəçilərin rəyləri, Mərkəzi Seçki Komissiyasının məlumatları haqqında xəbər xarakterli materiallar yayıb, səsvermənin sonuna yaxın isə Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin böyük əminliklə qələbə qazanacağını qeyd ediblər.

Aprelin 12-də İlham Əliyevin qələbəsi haqqında xəbərlərlə yanaşı, ümumilikdə seçki prosesinə dair çoxsaylı təhlil xarakterli materiallar verilib. Həmçinin seçkiləri müşahidə edən çoxsaylı müşahidə missiyalarının mətbuat konfransları geniş işıqlandırılıb. Ümumi qiymətləndirmə obyektiv olsa da, bəzi transmilli KİV-lərdə Azərbaycandakı siyasi reallığın təhrif olunmuş şəkildə təqdim edilməsi meyilləri müşahidə olunub.

Qeyd edilməlidir ki, Azərbaycanda seçki prosesi dünyanın müxtəlif KİV-lərini təmsil edən 200-ə yaxın jurnalist tərəfindən izlənilib.

Xarici KİV-lərin monitorinqi göstərib ki, aprelin 10-da 79, 11-də 301, 12-də isə 328 material, ümumilikdə 708 süjet, reportaj, xəbər və şərh verilib. Əlavə olaraq, Youtube, Facebook və digər sosial şəbəkələrdə xarici bloqqerlər, müstəqil jurnalistlər tərəfindən 200-ə yaxın material yerləşdirilib. Ümumilikdə müşahidə olunan materialların sayı 900-ü keçib.

Rusiyanın ORT, REN TV, “Rossiya 24”, NTV televiziya kanalları, TASS, “Rossiya seqodnya”, “Interfax”, “Rosbalt” informasiya agentlikləri, “Sputnik”, “Exo Moskvı” radiostansiyaları, “Nezavisimaya qazeta, “İzvestiya, “Arqumetni i faktı”, “Trud”, “Kommersant”, “Rossiyskaya qazeta”, “Komsomolskaya pravda”, “Moskovskiy komsomolets” qəzetləri, Vesti.ru, Lenta.ru, Vzqlyad.ru, Vestikavkaza.ru və digər informasiya portalları, “Mir” Dövlətlərarası Teleradio Şirkəti, Qazaxıstanın “Egemen Qazaxıstan” qəzeti, “Kazinform” İnformasiya Agentliyi, “Bnews.kz”, “Total.kz” portalları, Özbəkistanın Kun.uz, Nargis.uz və Galampir.uz portalları, Belarusun BELTA İnformasiya Agentliyi, “Sovetskaya Belorussiya” qəzeti, Ukraynanın Ukrinform, UNİAN informasiya agentlikləri, habelə Litva, Latviya, Moldova, Qırğızıstan KİV-ləri prezident seçkilərini geniş işıqlandırıb.

Aprelin 10-da Rusiya mediasında 40 material, 11-də 83, 12-də 178, ümumilikdə 301 material verilib. Seçki ümumən müsbət qiymətləndirilib, yüksək seçici fəallığı ilə keçən seçkilərdə Prezident İlham Əliyevin inamlı qələbə qazandığı qeyd olunub, bu qələbəni şərtləndirən səbəblər geniş şərh edilib.

Postsovet ölkələrinin KİV-ləri seçki prosesini ardıcıl şəkildə izləyib və işıqlandırıb. Materialların böyük əksəriyyəti obyektivliyi ilə seçilib. Aprelin 10-da 5 material, 11-də 100, 12-də 96, ümumilikdə 201 material verilib.

Azərbaycanda keçirilmiş prezident seçkiləri Türkiyə, İran, Pakistan və ərəb ölkələrinin KİV-lərində də geniş işıqlandırılıb. Türkiyənin TRT, “TRT World”, “A Haber”, “Ülke”, “Kanal 24”, “TV Net”, “Haber Türk” və digər televiziya kanalları seçkilərə hazırlıq işləri ilə bağlı silsilə reportajlar yayıb, səsvermə günü seçki məntəqələrindən canlı yayım edib. “Anadolu” Agentliyi və digər xəbər agentlikləri, “Axşam”, “Vətən”, “Milliyət”, “Sabah”, “Yeni Şəfəq” qəzetləri seçkilərlə bağlı məqalələr dərc edib, prezidentlik postu uğrunda mübarizə aparan namizədlər, xüsusilə də İlham Əliyevin inamlı qələbəsi barədə məlumat verib.

Seçki prosesi Qətərin “Al-Jaazeera”, Pakistanın “Daily Times” və “Pakistan Observer”, Omanın “Oman Daily” qəzetlərinin, İranın İRNA, Bəhreynin BNA informasiya agentliklərinin, İordaniya Dövlət Televiziyasının, “Petra”, “Ammun” agentliklərinin, “Əd-Dustur”, “Əl-Ray”, “Əl-Ğadd”, “Ammannyus” qəzetlərinin, Səudiyyə Ərəbistanının “Saudi Press Agency” agentliyinin, “Əl-Cəzirə”, “Okaz”, “Əl-Mədinə”, “Əl-Yaum”, Misirin “Əl-Əhram” qəzetlərinin, Əlcəzairin “Nahar TV” kanalının diqqət mərkəzində olub.

Ümumilikdə materiallar pozitiv xarakter daşıyıb, seçki prosesinin ayrı-ayrı mərhələləri, seçki mühiti, namizədlər, seçki prosesinin texniki təminatı, müxtəlif ekspertlərin seçki barədə rəyləri, səsvermə, habelə seçki haqqında təhlil xarakterli məqalələr, xəbərlər, reportajlar təqdim olunub.

Türkiyə, İran və ərəb ölkələrinin KİV-lərində aprelin 10-da 17, 11-də 37, 12-də 21, ümumilikdə 75 material verilib.

Qərb ölkələrinin mediası Azərbaycanda keçirilmiş seçkiləri yaxından izləmiş və çoxsaylı material yayıb. Bu sırada BBC, “Assosiated Press”, “Frans Press”, “Reuters”, EFE, ANSA, “Swissinfo”, “Amerikanın səsi”, “Deutsche Welle”, “Liberty”, “Free Europ”, “Euronews”, ZDF, “Foxnews”, “France24”, “TV5 Monde”, “Daily Mail”, “The Economist”, “The Washington Times”, “The Washington Post” kimi qlobal yayım şirkətləri aprelin 10-12-si seçkilər haqqında materiallar verib. Bəzi resursların materialları tendensioz və qeyri-obyektiv xarakter daşıyıb, Azərbaycandakı seçki reallıqları təhrif olunmuş formada təqdim edilib.

Azərbaycanda seçkilər mövzusu nüfuzlu regional və milli nəşrlərdə də geniş yer almışdır. İtaliyanın “Agenzia Nova”, “Agenzia Stampa Italia”, “Agenparl”, “L’Opinione”, “Il Messaggero”, “Report Difesa”, “Notizie Geopolitiche”, “Scenari-internazionali”, “Secolo-Trentino” və digər kütləvi informasiya vasitələrinin materiallarında prezident seçkilərinin şəffaf və demokratik keçirilməsi üçün lazımi şəraitin yaradıldığı, çoxlu sayda beynəlxalq və yerli müşahidəçinin olduğu, jurnalistlərin səsvermə prosesini izlədiyi və işıqlandırdığı, yüksək seçici fəallığının müşahidə edildiyi bildirilib.

Cənubi Amerika, Hindistan, Hind-Çin yarımadası, Afrika ölkələrinin KİV-ləri də Azərbaycandakı seçkilərə müəyyən qədər diqqət ayırıb, əsasən aparıcı dünya KİV-lərinin reproduksiyasını təqdim edib.

Çinin aparıcı kütləvi informasiya vasitələri-dünyanın ən böyük informasiya agentliklərindən olan Sinxua, geniş oxucu şəbəkəsinə malik gündəlik “Jenmin Jibao” qəzeti, bir milyarddan çox tamaşaçı auditoriyası olan Çin Mərkəzi Televiziyası (CCTV), Çin Beynəlxalq Radiosu, “China Daily” qəzeti, digər məşhur qəzet və xəbər saytları səsvermə günü və seçkilərin nəticələri barədə operativ xəbərlər, geniş məqalələr, reportajlar hazırlayıb təqdim edib. Yaponiyanın Kyodo News, JİJİ PRESS və digər agentlikləri, “Sankey” və “Nikkey” qəzetləri seçkilərlə bağlı məlumatlarında İlham Əliyevin növbəti dəfə inamlı qələbə qazandığı oxucuların diqqətinə çatdırılıb.

Azərbaycanda seçki prosesi Latın Amerikası və ispandilli medianın da diqqət mərkəzində olub. İspaniyanın “La Vanguardia”, Meksikanın “Informador.mx”,” Debate”, “Reforma”, Venesuellanın “Correo del Orinoco”, “Telesurtv”, Argentinanın TELAM, UDG TV, Kubanın “Prensa-latina”, Kosta-Rikanın “Elpais”, Panamanın “Enmayuscula.com”, Boliviyanın EJU TV kimi KİV-lər prezident seçkiləri ilə bağlı materiallar verib.

Bu istiqamətlər üzrə aprelin 10-da 17, 11-də 81, 12-də 33 material, ümumilikdə 131 material verilib.

Qeydə alınmamış və monitorinqə düşməmiş çoxsaylı materiallar da nəzərə alınarsa, Azərbaycanda keçirilmiş prezident seçkilərinə dair xarici KİV-lərdə 1000-dən artıq material gedib.

S.Xankişiyeva

 

Paylaş:
352

Son xəbərlər

Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48
Bütün xəbərlər