Azərbaycanda “İnvestisiya fəaliyyəti haqqında” yeni qanun layihəsi hazırlanacaq | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycanda “İnvestisiya fəaliyyəti haqqında” yeni qanun layihəsi hazırlanacaq

21:44 - 18 / 01 / 2018
Azərbaycanda “İnvestisiya fəaliyyəti haqqında” yeni qanun layihəsi hazırlanacaq

Prezident İlham Əliyev investisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın məlumatına görə, Nazirlər Kabineti, “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyanın qorunması haqqında” Azərbaycan Respublikası qanunlarının əsasında, beynəlxalq təcrübəni nəzərə almaqla, yeni “İnvestisiya fəaliyyəti haqqında” qanunun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir.

Habelə qanun layihəsində beynəlxalq təcrübə nəzərə alınmaqla yanaşı, xüsusilə aşağıdakı məsələlər tənzimlənməlidir:

investisiya fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri;

investisiya fəaliyyətinə təşviq edən tədbirlərin məcmusu;

investorların hüquqlarının qorunması mexanizmləri, onlara dövlət zəmanəti verilməsi qaydası;

mübahisələrin danışıqlar, məhkəmə, həmçinin arbitraj yolu ilə həlli üsulları (beynəlxalq arbitraj qaydalarının müddəaları nəzərə alınmaqla);

investorlara vurulmuş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsi qaydası.

Qanun layihəsi Azərbaycan prezidentinə təqdim olunarkən, ona əlavə olunacaq normativ hüquqi aktın zərurətinin əsaslandırılmasında və məcburi hüquqi ekspertiza rəyində “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 48.3.4-cü maddəsinə və həmin Konstitusiya qanununa əlavə edilmiş məcburi hüquqi ekspertiza rəyinin strukturuna uyğun olaraq ləğv edilməli, dəyişikliklər edilməli, habelə layihəsi hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısı verilməlidir.

1news.az

Paylaş:
546

Son xəbərlər

Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18
Bütün xəbərlər