Azərbaycanda ilk: Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda ilk: Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb

17:48 - 21 / 11 / 2018
Azərbaycanda ilk: Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb

Aqrar sektorun inkişafının effektivliyinin təşkili, torpaqlardan səmərəli istifadə, fermerlərin gəlirlərinin artırılması üçün birgə təsərrüfatçılıq forması kimi kənd təsərrüfatı kooperativlərinin yaradılması başlıca amillərdən biridir. 

Kənd təsərrüfatı sahəsində kiçik əmtəə istehsalından rəqabət qabiliyyətli məhsul istehsalına keçmək, innovativ texnologiyaları tətbiq etməklə məhsuldarlığı artırmaq və xarici bazarda çıxışı təmin etmək üçün ən optimal yol kooperativlərin inkişaf etdirməkdən keçir. Kənd təsərrüfatı kooperasiyasının formalaşması və inkişafı ilə əlaqədar olaraq “Kənd təsərrüfatı kooperasiyası haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 270-VQ nömrəli Qanunu qəbul edilmiş və həmin qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 iyul tarixli 996 nömrəli Fərmanının icrası ilə əlaqədar “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” hazırlanıb.

Kooperativlərin yaradılmasında başlıca məqsəd ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək, məhsuldarlığı artırmaq, kənd təsərrüfatı kooperasiyasının formalaşmasına və inkişafına təkan vermək, kooperatv üzvlərinin iqtisadi, sosial və digər maraqlarını qorumaqdır.

Fermerlərin və kənd təsərrüfatı məhsulları istehsalçılarının kooperativ təsərrüfatlarda birləşməsi onların təsərrüfat maraqlarının qorunmasına, aqrar istehsalın səmərəliyinin yüksəldilməsinə, məhsulların rəqabət qabiliyyətinin artmasına əhəmiyyətli təsir göstərəcək. Torpaq və digər əmlakın birləşdirilməsi ilə kooperativ təsərrüfatın yaranması fermerlərə öz aralarında fəaliyyət bölgüsü aparmağa imkan verəcək, həmçinin iri investisiya layihələrinin tətbiqinə, mövcud texnikadan qarşılıqlı istifadə edilməsinə, yeni texnikaların alınmasına, bank ödənişlərinin vaxtında həyata keçirilməsinə imkan yaradacaq.

Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”na və Strateji Yol Xəritəsinə uyğun olaraq vətəndaşların könüllü birləşməsi əsasında 31 oktyabr 2018-ci il tarixində Sabirabad rayonun Yaxadəllək və Beşdəli kəndlərinin ərazisində “Sabirabad Rayonu Birlik İstehsal Kooperativi” yaradılıb.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, 16  İyul 1996-cı il tarixdə imzalanmış “Torpaq islahatı haqqında Azərbaycan Respublİkasının Qanunu”na uyğun olaraq Yaxadəllək və Beşdəli kəndlərinin vətəndaşlarına ümumilikdə 1100 ha torpaq sahəsi verilib.

Bu torpaq sahəsinin hal-hazırda 850 hektarı  “Sabirabad Rayonu Birlik İstehsal Kooperativi”nin tərkibində birləşib. Kooperativin tərkibində 133 ailənin birləşməsinə baxmayaraq, uzun illər ərzində vətəndaşlar arasında aparılan alqı-satqılar nəticəsində dövlət aktlarının sayı 198 nüsxə təşkil edir. 

Nəzərinizə çatdıraq ki, kooperativdə birləşən şəxslərdən 380 nəfəri kişi, 300 nəfəri isə qadındır. 680 nəfərlik kooperativdə orta hesabla adam başına 1.25 hektar torpaq sahəsi düşür.

1news.az

Paylaş:
438

Son xəbərlər

Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59
Bütün xəbərlər