Azərbaycanda əcnəbilərə iş vizasının verilməsi elektronlaşdırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda əcnəbilərə iş vizasının verilməsi elektronlaşdırılır

17:25 - 15 / 06 / 2018
Azərbaycanda əcnəbilərə iş vizasının verilməsi elektronlaşdırılır

Dövlət Miqrasiya Xidməti yanında Məşvərət Şurasının yaradılması ilə bağlı ilkin işgüzar müzakirələrin keçirilməsi məqsədilə Azərbaycanda fəaliyyət göstərən sahibkarlar təşkilatlarının, işəgötürənlərin assosiativ birliklərinin və iri şirkətlərin nümayəndələri ilə xidmətin inzibati binasında görüş keçirilib.

1news.az-a DMX-nın mətbuat xidmətindən verilən məlumata görə, xidmətin rəisi Vüsal Hüseynov tədbir iştirakçılarına təşəbbüsü dəstəklədiklərinə və dəvəti qəbul etdiklərinə görə minnətdarlığını bildirib.

İş icazələri ilə bağlı şəffaflığın təmin edilməsi, işəgötürənlərin rastlaşdıqları çətinliklərin təhlili üçün DMX-nin təşəbbüsü ilə formalaşdırılacaq belə bir platformanın yeni dəyər yaradacağına əminliyini ifadə edib. Bildirib ki, əmək münasibətləri subyektləri hesab edilən əcnəbilərə iş icazələrinin verilməsi və yaxud imtina edildiyi halda obyektivliyinin qorunmasında Məşvərət Şurası formatında nəzarət effektiv bir mexanizm olacaq.

O, iş icazəsinin tam elektronlaşdırılmasının nəzərdə tutulduğunu, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi məqsədilə DMX-ya edilmiş müraciətləri bütün mərhələlərdə izləmək imkanının yaradılacağını açıqlayıb.

V.Hüseynov xatırladıb ki, qısa müddətdə işəgötürənlərlə geniş tərkibdə bir neçə görüş keçirilib, biznes sektorunun miqrasiya ilə bağlı fikirləri dinlənilib. DMX daxili əmək bazarının təhlükəsizliyini, eyni zamanda işəgötürənlərin biznes maraqlarının qorunmasını təmin etməlidir. Bu baxımdan biznesin nəbzini hiss etmək üçün xidmət yanında belə bir şuranın yaradılması planlaşdırılıb.

Görüşdə Xidmət rəisi ölkənin energetika, neft-qaz layihələrində milliləşmə ilə bağlı Dövlət Neft Şirkəti ilə BP-nin həyata keçirdiyi proqramın digər sektorları da əhatə etməsinin zəruriliyinə toxunub.

V.Hüseynov Məşvərət Şurası katibliyinin fəaliyyət göstərəcəyini və işəgötürənlərə qrup formatında müzakirə imkanlarının veriləcəyini bildirib. Miqrasiya sahəsində qanunvericiliyin sadələşdirilməsi ilə bağlı müvafiq işlərin görüldüyünü də diqqətə çatdırıb.

İşgüzar qaydada qaldırılan məsələlərin həlli istiqamətində gələcək planlar barədə müzakirələr aparılıb. Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, AmCham, Azərbaycan Türkiyə İş Adamlari Birliyi, Almaniya Azərbaycan Xarici Ticarət Palatası, Britaniya Biznes Qrupu, Azərbaycan Fransa Ticarət və Sənaye Palatası, Dövlət Neft Şirkəti, BP və digər qurumların nümayəndələri görüşdə fəal iştirakları ilə səmərəli müzakirələrə öz töhfələrini veriblər. Ətraflı fikir mübadiləsi şəraitində keçirilən görüşdə Şuranın reqlamentinin hazırlanması qərara alınıb.

S.Xankişiyeva

 

 

 

Paylaş:
311

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər