Azərbaycanda daha bir ilk: Dövlət qurumundan peşəkar tanıtım VİDEOsu | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda daha bir ilk: Dövlət qurumundan peşəkar tanıtım VİDEOsu

10:21 - 14 / 03 / 2019
Azərbaycanda daha bir ilk: Dövlət qurumundan peşəkar tanıtım VİDEOsu

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qurumun fəaliyyəti ilə bağlı tanıtım video çarxı təqdim edilib.

1news.az xəbər verir ki, tanıtım videosunun hazırlanmasında əsas məqsəd  Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, xidmət bölmələri, göstərilən xidmətlər barədə məlumatlılığı artırmaq, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına səfər etdikləri zamanı müraciətlərinin düzgün istiqamətləndirilməsinin təmin edilməsidir. Əsas hədəf qrupunun əcnəbilər olması nəzərə alınaraq tanıtım çarxı ingilis dilində hazırlanıb. Çarx həmçinin ölkəmizin turizm, investisiya imkanlarının təşviq edilməsi üzrə məlumatlandırmanın artırılmasına töhfə verir.

Əcnəbilər üçün nəzərdə tutulduğundan, video təbii olaraq, ingilis dilindədir. Amma "youtube"un texniki imkanlarından istifadə olunaraq, azərbaycanca titrlarla da təmin olunub.

Video çarxın Azərbaycan dilində olan mətni ilə aşağıda tanış ola bilərsiniz:

“Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan təkrarsız təbiətə, çoxəsrlik mədəniyyətə, qədim tarixə, sürətli sosial-iqtisadi inkişafa, müasir turizm imkanlarına sahib olan təhlükəsiz və tolerant ölkədir.

Tarixən etnik rəngarəngliyin qorunduğu Azərbaycan istirahət etmək, yaşamaq, işləmək və investisiyalar üçün əlverişli şəraitə və yüksək  göstəricilərə malikdir. Hər il milyonlarla əcnəbi Azərbaycana səfər edir və mövcud imkanlardan bəhrələnir.

Bizdə Sizi bu gözəl diyara dəvət edirik və Sizin ölkəmizdə olma və yaşamanızla bağlı rahatlığınızın təmin edilməsi üçün xidmətinizdəyik.

Ölkəyə daxil olduğunuz andan Siz mövcud qaydalar barədə məlumatlandırılacaqsınız. Müvəqqəti olma müddətinizin artırılması, müvəqqəti, daimi yaşama istəyinizlə bağlı ölkə üzrə 30-dan çox xidmət bölməsi vasitəsilə Sizin müraciətlərinizi qəbul edirik və bu prosesdə rahatlığınızın təmin edilməsini diqqətdə saxlayırıq.

Azərbaycan əlverişli biznes mühitinə və geniş investisiya imkanlarına malikdir. Ölkəmizdə biznes qura, sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərsiniz. Əmək fəaliyyəti ilə məşğul olmaq qərarına gəlsəniz Sizin üçün vacib olan iş icazələrini də biz veririk.

Bizim Çağrı Mərkəzimiz Sizin bütün zənglərinizi, suallarınızı, elektron sorğularınızı həftənin 7 günü, günün 24 saatı cavablandırmağa hazırdır.

Qabaqcıl elektron məlumat sistemlərimiz xidmətlərimizin elektron qaydada aparılmasını, eyni zamanda miqrasiya proseslərinin daha keyfiyyətlə tənzimlənməsini təmin edir.

Ola bilsin ki, siz Azərbaycanı yaxından tanıdıqdan sonra bu ölkəni sevəcək və burada daimi olaraq yaşamaq istəyəcəksiniz. Sizdə bu cür gözəl ölkənin vətəndaşı olmaq arzusu da yarana bilər. Bu halda müraciətlərinizə məmnuniyyətlə baxacağıq.

Bizim qanunsuz miqrantların, eləcə də sığınacaq axtaran şəxslərin yerləşdirilməsi üçün 2 müasir mərkəzimiz mövcuddur. Beynəlxalq standartlara tam cavab verən mərkəzlər xüsusi təlim keçmiş peşəkarlar tərəfindən idarə olunur.

Biz sizin ölkəmizdə daim rahat, məmnun və qanunvericiliyin tələblərinə uyğun yaşamanız üçün səy göstəririk.

Bəs biz kimik: Biz Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti olaraq sizin tərəfdaşınızıq.

Bizi tapmaq çox asandır. Siz 3 dildə fəaliyyət göstərən rəsmi internet səhifəmiz (www.migration.gov.az), Çağrı Mərkəzimiz (012 919), həmçinin rəsmi facebook və tvitter hesablarımız vasitəsilə 3 dildə bizimlə əlaqə saxlaya bilərsiniz.

Azərbaycana Xoş Gəlmisiniz!"

Gələcəkdə çarxın digər əcnəbi dillərdə versiyalarının hazırlanması da nəzərdə tutulur.

1news.az

 

 

Paylaş:
371

Son xəbərlər

“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb17 / 04 / 2024, 17:56Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb - FOTO17 / 04 / 2024, 17:47Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır17 / 04 / 2024, 17:41Azərbaycan baleti İtaliyada təmsil olunacaq17 / 04 / 2024, 17:25ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!17 / 04 / 2024, 17:19Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı17 / 04 / 2024, 17:15Hökumət Şuşanın İƏT-in gənclər paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı hazırlayacaq17 / 04 / 2024, 17:07Saloğlu mebel Bərdə mağazasının rəsmi açılışını etdi – FOTO-VİDEO17 / 04 / 2024, 17:02Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır17 / 04 / 2024, 16:53Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib - FOTO - VİDEO17 / 04 / 2024, 16:51“Her action in Art” festivalı: İncəsənətdə qadın toxunuşlarının vurğulandığı bir ay17 / 04 / 2024, 16:03Hadı Rəcəbli dəfn olunub17 / 04 / 2024, 15:57Xalq Bank I rübün yekunlarını açıqladı17 / 04 / 2024, 15:54Azərbaycan Buxarestdə Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir17 / 04 / 2024, 15:33Hikmət Hacıyevdən Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması ilə bağlı AÇIQLAMA17 / 04 / 2024, 15:01Ukrayna səfirinin Azərbaycanda diplomatik missiyası başa çatır17 / 04 / 2024, 14:52Rusiya sülhməramlıları Qarabağdan çıxarılır - Kreml TƏSDİQLƏDİ - VİDEO17 / 04 / 2024, 14:26BDU-nun dosenti İsgəndər Quliyev vəfat edib17 / 04 / 2024, 14:15BDU-nun Jurnalistika fakültəsində Azərbaycan Mətbuat Şurasının otağı açılıb - FOTO17 / 04 / 2024, 14:08ADY ilə Avropa İttifaqı arasında Orta Dəhlizin inkişafına dair görüş keçirildi - FOTO17 / 04 / 2024, 13:59
Bütün xəbərlər