Azərbaycanda 17 məhkum həbsxanadan qaçıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 17 məhkum həbsxanadan qaçıb

10:26 - 19 / 09 / 2018
Azərbaycanda 17 məhkum həbsxanadan qaçıb

2018-ci ilin birinci yarısında axtarışda olan təqsirləndirilən və itkin düşmüş şəxslər barədə statistika açıqlanıb.

1news.az-ın məlumatına görə, 2018-ci ilin birinci yarısınadək axtarışda olan təqsirləndirilən şəxslərin sayı 3 490 nəfərdir. Onlardan 1 882 nəfəri cari ilin birinci yarısında müəyyən edilənlərdir. 2018-ci ilin birinci yarısında axtarışda olanların sayı isə 1 608 nəfər təşkil edib.

Hesabat dövründə cəzaçəkmə müəssisələrindən qaçanların sayı 17 nəfər olub. Bu ilin birinci yarısında qaçdığı müəyyən edilənlər 2 nəfərdir. Cəzaçəkmə müəssiələrindən qaçan və 2018-ci ilin birinci yarısında hələ də axtarışda olanların sayı 15 nəfərdir. Cari ilin birinci yarısında cəza çəkməkdən boyun qaçıranların sayı 21 nəfər təşkil edib.

Rəsmi məlumatlara görə, axtarışda olan təqsirləndirilən şəxslərin ümumi sayından 14-17 yaşda olan uşaqlar cəmi 35 nəfərdir.

Törədilmiş cinayət növləri üzrə axtarışda olan şəxslərdən 35 nəfəri dövlət hakimiyyəti əleyhinə olan cinayətlər, 41 nəfəri banditizim, 88 nəfəri qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 7 nəfəri zorlama, 477 nəfəri oğurluq, 36 nəfəri soyğunçuluq, 51 nəfəri quldurluq, 965 nəfəri dələduzluq, 79 nəfəri mənimsəmə və israfetmə, 193 nəfəri xuliqanlıq, 21 nəfəri hərbi xidmətdən boyun qaçırma, 106 nəfəri hərbi xidmət əleyhinə olan cinayətlər, o cümlədən 57 nəfəri fərariliklə, 1391-i isə digər cinayətlərlə bağlı təqsirləndirilir.

Hesabat dövründə dövlət orqanlarından gizlənən aliment vermə işləri üzrə borclu və cavabdeh şəxslərin sayı 6 413 nəfər təşkil edib.

İndiyədək itkin düşümüş şəxslərin sayı 619 nəfərdir ki, onlardan 83 nəfəri 18 yaşadək uşaqlardır.

1news.az

Paylaş:
3225

Son xəbərlər

Cavanşir Məmmədovla vida mərasimi keçirilirBu gün, 15:56Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55
Bütün xəbərlər