Azərbaycana yüklərin çatdırılması ilə məşğul olan 12 əsas şirkət birgə müraciət yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycana yüklərin çatdırılması ilə məşğul olan 12 əsas şirkət birgə müraciət yayıb

14:51 - 15 / 01 / 2018
Azərbaycana yüklərin çatdırılması ilə məşğul olan 12 əsas şirkət birgə müraciət yayıb

Xarici ölkələrdən Azərbaycana gətirilən yüklərin Azərbaycanın gömrük sərhədini keçə bilməməsi ilə bağlı bəzi mətbuat orqanlarında yayılan məlumatlar tamamilə yanlış və əsassızdır.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu, xarici ölkələrdən Azərbaycana yüklərin çatdırılması ilə məşğul olan 12 əsas şirkətin kütləvi informasiya vasitələrinə və müştərilərinə ünvanladığı müraciətdə qeyd olunub.

Sənəddə bildirilib ki, xarici ölkələrdən Azərbaycana yüklərin çatdırılmasında heç bir problem yoxdur və sifarişlər qısa zaman ərzində müştərilərə çatdırılır.

“Məlumat üçün bildiririk ki, bizim təmsil etdiyimiz şirkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tam fəaliyyət göstərir və sürətli poçt xidmətini yerinə yetirir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən fəaliyyətimizə heç bir məhdudiyyət qoyulmayıb və tam şəffaf şəkildə yüklərimizi gömrük sərhədindən keçiririk. Dövlət Gömrük Komitəsinin işindən, fəaliyyətindən razıyıq və heç bir iradımız yoxdur”, - deyə müraciətdə vurğulanıb.

Qeyd edək ki, müraciəti “DHL Dərhal” MMC-nin baş direktoru Şaiq Mansurov, “TNT Azəri Ekspress” MMC-nin baş direktoru Şaiq Qəribzadə, “FEDEX ARS Ekspres” MMC-nin baş direktoru Sevda Xanməmmədova, “UPS UPS AZ” MMC-nin baş direktoru Nazim Xudaverdiyev, “NASİLLA” MMC-nin baş direktoru Elnarə Qasımova, “ASE Asya” şirkətinin baş direktoru Rəşad Abbasov, “ARAMEX Peqasus” MMC-nin baş direktoru Aydın Məmmədov, “CAMES” MMC-nin baş direktoru Sübhan Cəfərov, “QUTE” MMC-nin baş direktoru Qətibə Hətəmova, “BERKUT” MMC-nin baş direktoru Şüküfə Abilova, “MOVER” MMC-nin icraçı direktoru Rüfət İbrahimov və “BARAMİ” MMC-nin baş direktoru İlham Mustafayev imzalayıb.

Xatırladaq ki, sosial şəbəkə və bir sıra mətbuat orqanlarında bəzi çatdırılma şirkətlərinin müştərilərinə müraciət edərək, sifariş olunan mallarının Azərbaycanın gömrük sərhədini keçə bilməməsi barədə məlumatlar yayılıb.

S.Xankişiyeva

 

Paylaş:
2295

Son xəbərlər

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02
Bütün xəbərlər