Azərbaycana qeyri-formal müşahidəçi statusu verilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycana qeyri-formal müşahidəçi statusu verilib

19:41 - 05 / 12 / 2017
Azərbaycana qeyri-formal müşahidəçi statusu verilib

Azərbaycan Respublikasına Yeni Kompüterləşdirilmiş Tranzit Sistemində qeyri-formal müşahidəçi statusu verilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının tranzit potensialının inkişaf etdirilməsi ölkə iqtisadiyyatının prioritet sahələrindən biridir. Bu çərçivədə gömrük orqanları tərəfindən beynəlxalq daşımalar zamanı gömrük prosedurlarının və sərhəd-keçid əməliyyatlarının sadələşdirilməsi yolu ilə tranzitin inkişafına yönəlik aidiyyəti tədbirlər görülür.

Xüsusilə qeyd olunmalıdır ki, “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli, 1853 nömrəli Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dəhlizlərə əlavə tranzit yük axınlarının cəlb edilməsi, yüklərin çatdırılma müddətinin azaldılması, beynəlxalq yükdaşımaları zamanı risklərin təhlili vasitəsilə sərhəd-keçid prosedurlarının optimallaşdırılması, beynəlxalq ticarət-təchizat zəncirinin fəaliyyətində təhlükəsizliyin təmin edilməsi, gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələrinə dair məlumatların əvvəlcədən təqdim edilməsi, elektron informasiya mübadiləsinin həyata keçirilməsi, gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi, ümumilikdə isə xarici ticarətin asanlaşdırılmasına şərait yaradılması gömrük orqanları qarşısında qoyulan tapşırıqlardandır.

Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi” ilə regionda əhəmiyyətli logistika və ticarət qovşağına çevrilmək məqsədilə ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə edilməklə, tranzit yüklərin ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinə cəlb olunması, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində Azərbaycanın rəqabətqabiliyyətliliyini təmin etmək üçün idxal-ixrac əməliyyatlarına və tranzit yüklərin daşınmasına sərf olunan vaxt və xərclərin optimallaşdırılması, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi kimi strateji məqsədlər, Azərbaycan üzərindən ticarət həcminin artırılması üçün əlverişli mühitin yaradılması və tranzit ticarətindən daha yüksək dəyərin əldə edilməsi kimi strateji hədəflər müəyyən olunub.

Eyni zamanda, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən irimiqyasli infrastruktur layihələri, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin istifadəyə verilməsi, Azərbaycan və İranın dəmir yollarının birləşdirilməsi ölkənin tranzit potensialının gücləndirilməsinə töhfə verəcək.

Vurğulamaq istərdik ki, beynəlxalq tranzit daşımaları zamanı inzibati sənədləşmənin və gömrük nəzarətinin asanlaşdırılması mühüm diqqət tələb edir.

Qlobal ticarətin sürətli inkişafı ticarət əməliyyatlarının sadələşdirilməsi üzrə müvafiq tədbirləri həyata keçirən səlahiyyətli qurumlardan biri olaraq gömrük orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasını və yeni reallıqlara uyğunlaşdırılmasını zəruri edir. Beynəlxalq tranzit daşımalarda malların və nəqliyyat vasitələrinin sərhəd keçidinin sadələşdirilməsi istiqamətində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən beynəlxalq miqyasda qəbul edilmiş norma və standartların tətbiqi üzrə müasir təcrübənin öyrənilməsi həyata keçirilir.

Hazırda Avropa regionunda yüklərin vahid tranzit proseduru altında daşınması üzrə norma və tələbləri müəyyən edən, Avropa İttifaqı (Aİ) üzv dövlətləri, eləcə də İsveçrə, Norveç, İslandiya və Lixtenşteyn, Türkiyə, Makedoniya və Serbiyanın da üzvü olduğu Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi (New Computerized Transit System - NCTS) beynəlxalq daşımalar zamanı vahid inzibati sənəd və vahid gömrük zəmanəti altında yüklərin daşınması üçün tətbiq olunur.

Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiqi üçün Avropa İttifaqının Birlik Tranzitinin (Union Transit) qeyri-Aİ dövlətlərinə genişləndirilməsi hesab olunan “Ümumi Tranzit proseduru haqqında Konvensiya”ya və “Mallarla ticarətdə sənədləşmənin sadələşdirilməsi haqqında Konvensiya”ya qoşulmaq üçün milli qanunvericiliyin qeyd olunan tənzimləyici çərçivənin müddəalarına uyğunlaşdırılması, tranzit zəmanət sisteminin yaradılması və təkmilləşdirilməsi əsas şərtlərdəndir.

Gürcüstan, Ukrayna və Moldova NCTS-ə qoşulmağa hazırlıq prosesində olmaqla, artıq sistemin tətbiqi ilə bağlı milli fəaliyyət planları çərçivəsində müvafiq islahat xarakterli tədbirlər həyata keçirirlər. Türkiyənin 2012-ci ildən sözügedən sistemin üzvü olduğu, yaxın zamanda isə bu sistemin Gürcüstanda tətbiqi ölkəmiz üçün yeni imkanlar yaradır.

Göstərilən sistemdən istifadə tranzit əməliyyatları üzrə gömrük zəmanət zəncirinin təşkili, vahid inzibati sənədləşmənin tətbiqi yolu ilə tranzit daşımaları zamanı gömrük məqsədləri üçün tələb olunan sənədlərin sayının minimuma endirilməsi, bütün tranzit marşrutu üzrə məlumatların əvvəlcədən elektron qaydada mübadiləsi vasitəsilə risklərin təhlili və qiymətləndirilməsinin sürətləndirilməsinə də imkan yaradır.

Bu sistemin tətbiqi həmçinin Azərbaycan Respublikasında istehsal olunan, “Made in Azerbaijan” brendli malların NCTS üzvü olan Avropa qitəsində yerləşən ölkələrin bazarlarına çıxışına və təyinat yerlərinə çatdırılması üçün imkan yaradacaq.

“Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli, 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planının 7.2.1.1 bəndinin (Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiq olunmasının tezləşdirilməsi üçün milli qanunvericiliyin uyğunlaşdırılması, tranzit zəmanət sisteminin yaradılması istiqamətində tədbirlərin görülməsi) icrasını təmin etmək məqsədilə Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə diplomatik kanallar vasitəsilə qeyd olunan konvensiyaların idarəetmə orqanı olan EU-EFTA Birgə Komitəsinin sədrinə müvafiq müraciət ünvanlanıb. Dekabrın 5-də Norveçin Oslo şəhərində keçirilmiş Birgə Komitənin iclasında Azərbaycan Respublikasının müraciəti müzakirə edilib və ölkəmizə qeyri-formal müşahidəçi statusunun verilməsi barədə qərar qəbul olunub.

1news.az

Paylaş:
629

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər