Azərbaycan Zimbabve üçün çox geniş imkanlar ola biləcək bir iqtisadi məkandır | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Zimbabve üçün çox geniş imkanlar ola biləcək bir iqtisadi məkandır

16:23 - 21 / 01 / 2019
Azərbaycan Zimbabve üçün çox geniş imkanlar ola biləcək bir iqtisadi məkandır

Azərbaycanın surətli iqtisadi inkişafı, həyata keçirilən islahatlar, eyni zamanda müəllifi olduğu mühüm beynəlxalq layihələr, “açıq qapı” siyasəti  ölkəmizə qarşı böyük maraq yaradıb.

İstər region, istər qonşu, istərsə də məsafəcə bizdən uzaq dövlətlər Azərbaycanla əməkdaşlıqda, münasibətlərin inkişafında öz niyyətlərini bəyan edirlər. Bu sırada təbii ki, Afrika ölkələri də istisna deyil. Son illər biz Afrika qitəsindən ölkəmizə qarşı marağı müşahidə edirik.

Zimbabve Prezidenti Emmerson Mnanqaqvanın Azərbaycana ötən həftə sonu səfəri də bu niyyətdən irəli gəlir. Prezident  Mnanqaqva xarici səfəri çərçivəsində MDB ölkələri sırasında məhz Azərbaycan, Rusiya, Belarus və Qazaxıstanı seçib. Zimbabve tərəfi bu ölkələrin MDB məkanında ən yüksək inkişaf göstəricisinə malik olduğunu nəzərə alaraq, təcrübə mübadiləsinin aparılması, yeni iqtisadi və ticarət əməkdaşlığı imkanlarının araşdırılması və sərmayələr üçün bu ölkələrə üstünlük verib.

Səfərdən öncə Zimbabve Prezidentinin mətbuat katibi bəyan edib ki, Azərbaycan və Qazaxıstan enerji resursları ilə zəngin, ən sürətlə inkişaf edən ölkələrdən biridir. Bu ölkələr həmçinin, mədən, enerji və turizm baxımdan da maraq kəsb edir.

Zimbabve təbii resurslarla, o cümlədən 60-dan artıq mineral növləri ilə zəngin olsa da, inkişaf baxımdan bir sıra ciddi problemlərlə üzləşib. Müstəmləkə siyasəti, xarici asıllıq, daxili işlərə müdaxilə edilməsi və siyasi təzyiqlərin göstərilməsi Zimbabvenin sosial-iqtisadi problemlərinin daha da dərinləşməsinə xidmət edib.

Bu baxımdan Zimbabve tərəfi Azərbaycanın düzgün idarəçilik təcrübəsinə, milli maraqları əsasında müstəqil siyasət yürütməsinə, struktur xaraketrli, həmçinin, iqtisadi və sosial islahatlar praktikasına ciddi maraq göstərir.

Azərbaycanın mədən sənayesini effektiv şəkildə idarəetməsi, neft-qaz sektorundan əldə edilən gəlirlərin şəffaflığını təmin etməsi və iqtisadiyyatın digər sektorlarına düşünlümş şəkildə investisiyaların qoyulması, ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektorununun, nəqliyyat infrastukturunun və kənd-təsərrüfatının inkişafı, 100 faiz savadlılığa nail olunması və digər sahələrdə olan nailiyyətlərimiz maraqlı nümunə kimi qəbul olunur. Bu xüsusda, Zimbabve daxil olmaqla, əksər Afrika ölkələri tərəfindən Azərbaycanın BMT tərəfindən müəyyən edilmiş Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirməsi sahəsində əldə etdiyi nailiyyətləri uğurlu təcrəbə kimi nəzərdən keçirilir.

Təsadüfi deyil ki, Afrika İttifaqı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın ASAN xidmət təcrübəsinin Afrika İttifaqının mənzil qərargahında təqdimatı keçirilib.

1960-1990-cı illərdə Afrika ölkələrindən olan 7000-8000 tələbə Azərbaycanda təhsil almışdır. Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətləri, o cümlədən Afrika ölkələri üçün Azərbaycanda təhsil almaq üçün təqaüdlər ayrılıb. 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində yaradılmış Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi Afrika ölkələrində davamlı inkişafa xidmət edən layihələr həyata keçirib.

Zimbabve Qoşulmama Hərəkatında fəal olan ölkədir. 2019-2022-ci illərdə Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcəkdir və 2019-cu ilin oktyabr ayında Qoşulmama Hərəkatı üzv dövlətlərinin zirvə toplantısı Azərbaycanda keçiriləcəkdir. Zimbabve Qoşulmama Hərəkatının fəal üzv ölkələrindən biridir.

Azərbaycan beynəlxalq münasibətlərdə xoşməramla çıxış edir, davamlı inkişafa töhfə verir və öz uğurlu idarəçilik təcrübəsini inkişaf etməkdə olan və ya az inkişaf etmiş ölkələrlə bölüşməyə hazırdır. Etiabrlı, ləyaqətli və beynəlxalq münasibətlərin məsuliyyətli üzvü olaraq, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır

Bu səfər Azərbaycan-Zimbabve əlaqələrində bir başlanğıcdır

Millət vəkili, politoloq Rasim Musabəyov mövzu ilə bağlı 1news.az-a deyib ki, Azərbaycan indi Qoşulmama Hərəkatına sədrlik edir, Zimbabve də bu qurumda Afrikada nisbətən fəal olan bir dövlətdir:

“Lakin ölkə böyük iqtisadi sıxıntılarla yaşayır, Prezident Emmerson Mnanqaqva ölkəsinə investisiya cəlb etmək, hər hansı iqtisadi dəstək almaq üçün müəyyən əlaqlər yaratmağa çalışır. Azərbaycanın böyük maliyyə imkanları var. Ola bilsin ki, Bakıda görüşlərdə hansısa təkliflər irəli sürülüb. Amma hər halda bizim Zimbabve ilə sadaladığım məsələlərdən kənara çıxan heç bir nə iqtisdi, nə siyasi əlaqələrimiz yoxdur. Bundan sonra hansısa təkliflər maraqlı görünə bilərsə, düşünürəm ki, nəzərdən keçiriləcək”.

R.Musabəyov deyib ki, Zimbabvenin dövlət başçısı MDB üzrə iqtisadi cəhətdən inkişaf edən, müəyyən maliyyə resursları olan ölkələrə səfər edib:

“Qazaxıstanın da Neft Fondu var, Rusiya neft ehtiyatlarına malikdir. Lakin hazırda bu ölkədə inflyasiya yüksək həddədir, investisiyaların cəlbi, iqtisadi əlaqələrin qurulub inkişaf etməsi üçün Zimbabvedə iqtisadi sabitliyin təmin olunması vacibdir”.

Politoloq bu səfəri iki ölkənin əlaqələrində bir başlanğıc adlandırıb, siyasi əlaqələrin daha çox BMT çərçivəsində ola biləcəyini əlavə edib.

Azərbaycan Zimbabve üçün çox geniş imkanlar ola biləcək bir iqtisadi məkandır

Milli Məclisin üzvü, politoloq Elman Nəsirov isə mövzunu 1news.az-a şərh edərkən bildirib ki,  Azərbaycan dövlətinin xarici siyasəti çoxvektorlu, balanslı və çevik bir siyasətdir. Bu siyasətin əsasını ulu öndər Heydər Əliyev qoyub, Prezident İlham Əliyev isə həmin siyasəti çox surətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq davam etdirir, ona innovativlik gətirir, bir hücum taktikası əlavə edir.

Politoloqun sözlərinə görə, çoxvektorlu xarici siyasətimizin yeni istiqamətləri içərisində Afrika qitəsi də yer tutur:

“Bu mənada Afrika qitəsi ilə və onun Zimbabve kimi dövləti ilə münasibətılərin inkişaf etdirilməsi Azərbaycanın maraqları baxımından əhəmiyyətlidir. Nəzərə alsaq ki, onların da hər birinin beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də bir səsi var və Azərbaycanın maraqlarının müdafiəsi baxımından da Afrika qitəsi dövlətləri ilə əlaqələrimizin inkişafı təbii ki, bizim maraqlarımıza uyğundur. Bu kontekstdə ilk növbədə ticari-iqtisadi əlaqələrin inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılan məsələdir.

Bu səfər çərçivəsində iqtisadi sahədə əlaqələrin inkişafı ilə bağlı mümkün imkanlar və onların reallaşdırlması məsələləri diqqət mərkəzində saxlanıldı. Azərbaycan Prezidenti ilə Zimbabve Prezidentinin görüşündə bu məsələlər xüsusi diqqətdə oldu. Məlumdur ki, əlaqələrimizin bu sferada inkişafı üçün geniş imkanlar, potensial var. Bundan istifadə etmək lazımdır”.

E.Nəsirov humanitar sahədə də əlaqlərin inkişafı və bu məslələrə diqqət ayrılmasının da xüsusi önəm daşıdığını əlavə edib.

“Həmçinin, Dağlıq Qarabağ münaqişəsində Zimbabve dövlətinin mövqeyi bizim üçün çox vacibdir. Bu məsələdə beynəlxalq aləmdə mövqelərimzin möhkəmləndilməsi və Azərbaycana dəstək verilməsi baxımından hesab edirəm ki, Afrika qitəsinin bu ölkəsi ilə də münasibətlərin inkişaf etdirilməsi strateji maraqlarımıza cavab verir. Bu həm də Zimbabvenin maraqlarına uyğundur. Çünki Azərbaycan Zimbabve üçün çox geniş imkanlar ola biləcək bir iqtisadi məkandır. Zəngin enerji, neft-qaz potensialı, geniş nəqliyyat imkanları var. Bu sahədə əməkdaşlığın gələcək perspektivləri maraq doğuran sahələrdəndir.

Ümumilikdə, səfər bir daha onu göstərdi ki, Azərbaycanın çoxvektorlu xarici siyasət kursu öz bəhrəsini verməkdədir. Müxtlif qitələrdə Azərbaycanla əməkdaşlıq edən dövlətlərin sayı kifayət qədər artır. Prezident söyləyəndə ki, Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqdadır, bu məntiqlə yanaşdıqda, Zimbabvenin də adını qeyd etmək olar”, deyə millət vəkili fikrini yekunlaşdırıb.

P.Sultanova

Paylaş:
386

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər