Azərbaycan yığması Maltaya qələbə qazanmaq üçün yollanıb – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

Azərbaycan yığması Maltaya qələbə qazanmaq üçün yollanıb – FOTO – VİDEO

17:19 - 10 / 09 / 2018
Azərbaycan yığması Maltaya qələbə qazanmaq üçün yollanıb – FOTO – VİDEO

Bu gün Azərbaycanın futbol üzrə yığmasını Millətlər Liqası çərçivəsində səfər oyunu gözləyir.

1news.az-ın verdiyi xəbərə görə, milli komandamız Maltaya səfər edib.

Millətlər Liqası – tamamilə başqa turnirdir. D Divizyonunda bərabər gücə malik komandalar Avropa çempionatı uğrunda mübarizə aparır. Və yaxşı anlayırlar ki, final mərhələsi üçün bundan yaxşı şans yoxdur.

Məhz buna görə də, Malta yığması bu gün həlledici oyuna çıxacaq. Məğlubiyyət onları uğurlu nəticədən kənarlaşdıracaq.  

Azərbaycan  Malta ilə oyunun favoritidir. Sonuncu dəfə, milli komandamız Robert Prosineçkonun rəhbərliyi ilə ada dövlətin qonağı üç il əvvəl olub. Bu vaxt hesab heç-heçə sonlanıb (2:2). Azərbaycan yığması ikinci turdan sonra Kosovadan geri qalmamalıdır. Belə ki, başlıca rəqiblə mübarizə qrupdan çıxmaqla nəticlənir.

Azərbaycan Avropa futbolunda möhtəşəm deyil, lakin rəqiblərin də gücünü şişirtmək lazım deyil. Kosovonun qiymətləndirərək, buna görə də üç xaldan məhrum olmuşuq.

Dünən matçdan önçə mətbuat konfransı zamanı Qurban Qurbanov dedi ki, yığmamız Maltaya qələbə qazanmaq üçün gəlib. Bununla yanaşı, milli yığmamızın baş məşqçisi öz bəyanatlarında ehtiyat edərək bildirdi ki, onları çətin oyun gözləyir.

Bir çoxlarını əlbəttə, yığmanın ilk tərkibi maraqlandırır. Dünən Qurban Qurbanov bildirib ki, kiçik dəyişikliklər olacaq. Meydana ilk olaraq Emin Mahmudovu əvəzləyəcək Dmitriy Nazarov çıxacaq. Nəzərə alsaq ki, yığmamız qələbə qazanmaq üçün oynayacaq, əvəzlənmə tam yerindədir.

1news.az həmçinin futbol eksperti Erkin İbrahimovla söhbət edib. Ekspert yığmanın Kosovoya qarşı oyununu qiymətləndirərək, Malta ilə oyundan gözləntilərdən danışıb:

“Kosovo ilə heç-heçəni nəticə adlandırmaq olar. Lakin oyunun keyfiyyəti daha yüksək nəticələri gözləyirdi. Kosovo söylənildiyi kimi güclü yığma deyil. Onların yığmasında 3-4 futbolçu fərqlənib. Ümid edirəm ki, Millətlər Liqasının gələcək oyunlarında yığmamız daha güclü və kreativ oynayacaq.

Oyunun ilk dəqiqələrində Dmitriy Nazarovun meydana çıxması zamanı yaxşı oldu. Əgər Şeydayev belə passiv oynamaqda davam edərsə, çətin ki o, öz klubunun ilkin təkibinə düşə bilsin. Hücumdan fərqli olaraq, müdafiə xətti daha sevindirici idi. Onlar qarşıya qoyulmuş tapşırıları yerinə yetirə bildi.

Qurban Qurbanov matçdan sonra bununla trazılaşmasa da,  düşünürəm ki, ilkin tərkibdə problemlər oldu. Ruslan Qrubanov Malta ilə oyunda olmayacaq. Bu, məşqçilərin seçimlərinin səhv olduqlarını bildirir.

Əgər Azərbaycan Malta ilə oyunda qələbə qazansa, hər kəs Kosovo ilə məğlubiyyəti unudacaq. Bu gün Maltanın zəif yığma olduğunu söyləmək olar. Mən Qurbanovun burada iki oyun uduzaraq, qrupdan uzaqlaşma fikri ilə razılaşmıram. Nəzəri olaraq bu mümkün olsa da, təcrübə baxımından çətin ki, alınsın. Bundan sonra yığmamızı Farer adaları ilə iki oyun gözləyir. Əgər qrupdan çıxmaq istəyiriksə, o zaman bu oyunlardan 6 xal toplamalıyıq”.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
1345

Son xəbərlər

Bakıda taxta bazarı yanırBu gün, 16:57Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40
Bütün xəbərlər