XİN: Lavrov-Nalbandyan görüşündə Ermənistanın hərbi toqquşmaları təhrik cəhdi müzakirə olunmalı idi | 1news.az | Xəbərlər
Siyasət

XİN: Lavrov-Nalbandyan görüşündə Ermənistanın hərbi toqquşmaları təhrik cəhdi müzakirə olunmalı idi

17:48 - 26 / 04 / 2018
XİN: Lavrov-Nalbandyan görüşündə Ermənistanın hərbi toqquşmaları təhrik cəhdi müzakirə olunmalı idi

Müzakirə olunmalı əsas məsələ Ermənistanın keçmiş hərbi diktatura rejiminin təmas xəttində hərbi toqquşmaları təhrik etməyə cəhd göstərməsidir.

1news.az  xəbər verir ki, bunu Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov və Edvard Nalbandyan tərəfindən Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində vəziyyətin müzakirə olunmasına münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, müzakirə olunmalı əsas məsələ Ermənistanın keçmiş hərbi diktatura rejiminin ölkədaxili siyasi məqsədlər üçün təxribat məqsədilə Azərbaycanın işğal olunmuş əraziləri boyunca, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində vəziyyəti gərginləşdirməyə və hərbi toqquşmaları təhrik etməyə cəhd göstərməsidir:

"Qeyd etdiyimiz kimi, Serj Sarkisyanın hərbi diktatura rejiminin hakimiyyətdən getməsindən sonra Ermənistanda hakimiyyətə gələcək sağlam siyasi qüvvələrlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında tezliklə həlli üzrə danışıqlara hazırıq".

1news.az 

Paylaş:
402

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər