Azərbaycan XİN Ermənistan rəhbərliyinə BMT TŞ-nın qətnamələrini oxumağı məsləhət görüb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN Ermənistan rəhbərliyinə BMT TŞ-nın qətnamələrini oxumağı məsləhət görüb

19:39 - 19 / 10 / 2017
Azərbaycan XİN Ermənistan rəhbərliyinə BMT TŞ-nın qətnamələrini oxumağı məsləhət görüb

“BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrini oxumaq Ermənistan rəhbərliyi üçün faydalı olardı”.

1news.az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın 4-cü Avropa erməniləri konfransında Qarabağın Azərbaycana məxsus olmaması ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

H. Hacıyev bildirib ki, sözügedən qətnamələrdə BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını təsdiq edib və işğalçı qüvvələrin dərhal, tam, qeyd-şərtsiz çıxarılmasını tələb edib: “Qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsbit olunub. Ermənistan xarici işlər nazirinin isə bu cəfəngiyatı təkrarlamaması və heç olmasa, peşəkar şəkildə davranmağa cəhd göstərməsi onun özü üçün yaxşı olardı. Təəssüf edirik ki, Ermənistan tərəfindən yürüdülən bu məqsədyönlü və qərəzli savadsızlıq danışıqlar üçün mənfi təcrübə yaratmaqla bərabər, Ermənistan vətəndaşlarını və diaspora ermənilərini çaşqın vəziyyətə salır”.

1news.az

Paylaş:
511

Son xəbərlər

Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59
Bütün xəbərlər