Azərbaycan və Türkmənistan Xəzərin dibinin bölünməsi ilə bağlı müzakirə aparıblar | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Türkmənistan Xəzərin dibinin bölünməsi ilə bağlı müzakirə aparıblar

20:40 - 19 / 02 / 2018
Azərbaycan və Türkmənistan Xəzərin dibinin bölünməsi ilə bağlı müzakirə aparıblar

Bakıda Azərbaycan Hökuməti ilə Türkmənistan hökuməti arasında energetika sahəsində əməkdaşlığın gələcək inkişafı haqqında 8 avqust 2017-ci il tarixli Anlaşma Memorandumu əsasında yaradılmış birgə işçi qrupunun birinci iclası keçirilib.

Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, iclasda Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun və Türkmənistan Prezidenti yanında Xəzər dənizi məsələləri üzrə Dövlət Müəssisəsinin sədri Murad Atacanovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.

İclas zamanı qeyd edilib ki, iki ölkənin dövlət başçıları səviyyəsində əldə olunmuş razılaşmalar dostluq və mehriban qonşuluq münasibətlərinin bundan sonra da möhkəmlənməsinə və məhsuldar əməkdaşlığın inkişafına təkan verir.

Eyni zamanda, iclas iştirakçıları ötən ilin sonunda Moskva şəhərində “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” layihəsinin razılaşdırılmasının Xəzər dənizində qarşılıqlı maraq kəsb edən məsələlərin həllinə xidmət edəcəyini vurğulayıblar.

İclasda Anlaşma Memorandumunun məqsədlərinə nail olmaq üçün iki ölkə arasında energetika sahəsində əməkdaşlığın bərabərlik və qarşılıqlı fayda prinsipləri əsasında inkişaf perspektivləri müzakirə olunub və bu cür əməkdaşlığın Azərbaycanın və Türkmənistanın iqtisadiyyatına böyük töhfə verəcəyi qeyd edilib.

Tərəflər həmçinin Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi ilə əlaqədar məsələləri müzakirə ediblər.

İki ölkənin yüksək enerji potensialına malik olduğunu nəzərə alaraq, bu sahədə səylərin birləşdirilməsi və enerji layihələrin genişləndirilməsinə imkan yaradacaq gələcək razılaşmaların əldə olunması üçün Xəzər dənizində müqavilə-hüquq bazasının təkmilləşdirilməsi istiqamətində müzakirələr aparıldı və növbəti iclasın Türkmənistanda keçirilməsi barədə razılıq əldə olunub.

1news.az

Paylaş:
570

Son xəbərlər

“TuranBank” 2024-cü ilin I rübünün nəticələrini elan etdiBu gün, 19:55Qırmızı Meydan ziyarətçilərə bağlanıbBu gün, 17:46Azərbaycan elektromobil idxalını artırıbBu gün, 17:40AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıbBu gün, 17:38Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıbBu gün, 17:28Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıbBu gün, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTOBu gün, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidirBu gün, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEOBu gün, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıbBu gün, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHIBu gün, 16:10Bakcell böyük yeniliklərə hazırlaşırBu gün, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcəkBu gün, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTOBu gün, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOBu gün, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildiBu gün, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilibBu gün, 15:22Bakıda mənzildə meyit aşkarlandıBu gün, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edibBu gün, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06
Bütün xəbərlər