Azərbaycan və Portuqaliya arasında mədəni irsin qorunması sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan və Portuqaliya arasında mədəni irsin qorunması sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

18:14 - 20 / 01 / 2018
Azərbaycan və Portuqaliya arasında mədəni irsin qorunması sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Portuqaliyada səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu ölkənin Mədəni İrs üzrə icraçı direktoru Paula Araujo da Silva ilə görüşüb.

1news.az-a Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, görüşdə Azərbaycan və Portuqaliya arasında mədəni irsin qorunması istiqamətində birgə əməkdaşlıq məsələləri müzakirə olunub. Söhbət zamanı muzeydə əmanətlərin qorunması, saxlanması və qarşılıqlı sərgilərin keçirilməsi üzrə məsələlərdən söhbət açılıb.

Nazir Əbülfəs Qarayev ölkəmizdə bu sahədə görülən işlər haqqında geniş məlumat verib, gələcəkdə Azərbaycan və Portuqaliya arasında muzeylərin inkişafı üzrə birgə layihələrdə əməkdaşlıq edilməsini təklif edib. Görüşdən sonra nazir Əbülfəs Qarayev Lissabonun Milli Azulejo Muzeyi ilə tanış olub və Azərbaycan muzeylərinin bu muzeylə birgə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Sonda nazir Muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

S.Xankişiyeva

 

Paylaş:
589

Son xəbərlər

FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29
Bütün xəbərlər