Azərbaycan və Polşa arasında birbaşa uçuşlar təşkil oluna bilər | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan və Polşa arasında birbaşa uçuşlar təşkil oluna bilər

12:13 - 17 / 12 / 2017
Azərbaycan və Polşa arasında birbaşa uçuşlar təşkil oluna bilər

Azərbaycan və Polşa arasında birbaşa aviareyslər təşkil oluna bilər.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, bu, polşalı turistlərin Azərbaycana böyük maraq göstərməsi ilə əlaqədardır: "Biz Avropa ölkələrindən, xüsusilə də Polşadan olan turistlərin Azərbaycana artan böyük marağını hiss edirik. Ölkələrimiz arasında hətta birbaşa aviareyslər də açılması ehtimalı var. Hazırda bu istiqamətdə danışıqlar gedir və ola bilər ki, artıq yay mövsümündə Bakı ilə Polşanın şəhərləri arasında birbaşa aviareyslər fəaliyyətə başlasın".

Azərbaycana turist axınının artmasından danışan N.Bağırov qeyd edib ki, gözlənildiyi kimi 2017-ci il ölkəyə turistlərin cəlb olunması baxımından əhəmiyyətli oldu: "Ölkəmiz təkcə MDB və ərəb ölkələrindən olan turistlər arasında yox, həm də avropalı turistlər arasında populyarlıq qazanmağa başlayır. Fikrimcə, gələn il də Azərbaycana turist axını artmaqda davam edəcək. Bundan başqa, 2018-ci ildən başlayaraq biz Avropadan da turist axınının artmasını gözləyirik".

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin məlumatına əsasən, 2017-ci ilin 11 ayı ərzində ölkəyə 2 477 908 xarici vətəndaş gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 413 684 nəfər və ya 20 faiz çoxdur.

S.Xankişiyeva

Paylaş:
458

Son xəbərlər

Cavanşir Məmmədovla vida mərasimi keçirilirBu gün, 15:56Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55
Bütün xəbərlər