Azərbaycan və İran xalqları arasında dini-mənəvi sahədə əlaqələr inkişaf edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan və İran xalqları arasında dini-mənəvi sahədə əlaqələr inkişaf edir

22:57 - 23 / 02 / 2018
Azərbaycan və İran xalqları arasında dini-mənəvi sahədə əlaqələr inkişaf edir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 23-də Azərbaycanda səfərdə olan İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkaman ilə görüşüb.

Dövlət Komitəsinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, ölkələrimiz münasibətlərinin dinamik inkişaf etdiyini bildirən Mübariz Qurbanlı dövlət başçılarının qarşılıqlı səfərlərinin və mötəbər tədbirlərin keçirilməsinin əlaqələrimizin yüksək səviyyəsinin bariz nümunəsi olduğunu vurğulayıb. Azərbaycan ilə İran arasında bütün sahələrdə olduğu kimi, din və mədəniyyət sahəsində də səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd edib.

Ötən ilin ölkəmizdə Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan olunduğunu diqqətə çatdıran Mübariz Qurbanlı bu çağırışın dövlətimizin İslam birliyinə həssas münasibətinin göstəricisi olduğunu deyib. Bu çərçivədə ilk beynəlxalq konfransın “İslam Həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” mövzusunda Tehranda keçirildiyini bildirən Komitə sədri tədbirin əhəmiyyətinə toxunub. O, dinlərarası və sivilizasiyalararası dialoq formatında nəzərdə tutulan bu prosesin davamlı xarakter daşıdığını və bu il də davam etdiriləcəyini bildirib.

Görüşdə Komitə sədri dinə dövlət qayğısından danışarkən bildirib ki, buna əyani sübut olaraq ölkəmizdə Prezident İlham Əliyev tərəfindən Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutu yaradılıb. Qeyd edib ki, Fond Azərbaycanda mövcud dini konfessiyaların fəaliyyətlərinin dəstəklənməsi, mənəvi dəyərlərin qorunması və inkişafı, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərir. O, İnstitutun yaradılmasını dini-mənəvi mühitin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə, bu sahə üzrə ixtisaslı milli kadrların hazırlanmasına mühüm töhfə adlandırıb.

İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkaman din və mədəniyyət üzərində qurulan əlaqələrin daha da genişlənməsinin vacibliyindən danışıb. Qeyd edib ki, dövrümüzdə islami dəyərlərin olduğu kimi təbliğ və təşviq edilməsinə, dinimiz haqqında mənfi imicin aradan qaldırılmasına ciddi ehtiyac yaranıb. A.İ.Türkaman bu istiqamətdə dövlətimiz tərəfindən atılan addımları yüksək qiymətləndirib. Azərbaycanda Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasından məmnunluğunu ifadə edib, qurumlara fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda qonağa Azərbaycanın tolerantlıq mühitini, multikultural dəyərlərini, eyni zamanda, ermənilərin işğal edilmiş ərazilərimizdəki dini ibadətgahlara qarşı törətdikləri vandalizmi əks etdirən kitablar hədiyyə olunub.

Qeyd edək ki, görüşdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, sədr müavinləri Səyavuş Heydərov, Gündüz İsmayılov və İran İslam Respublikasının ölkəmizdəki Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi, eləcə də nümayəndə heyətinin digər üzvləri də iştirak ediblər.

1news.az

Paylaş:
425

Son xəbərlər

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19
Bütün xəbərlər