Azərbaycan və Braziliya XİN rəhbərlərinin görüşü keçirilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Braziliya XİN rəhbərlərinin görüşü keçirilib - FOTO

15:42 - 15 / 11 / 2017
Azərbaycan və Braziliya XİN rəhbərlərinin görüşü keçirilib - FOTO

Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Braziliyanın xarici işlər naziri Aloysio Nunes Ferreira ilə görüşüb.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən məlumata görə,  görüşdə iki ölkə arasında qurulmuş siyasi əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə edildi və ikitərəfli əməkdaşlığın keyfiyyətcə daha yuxarı müstəviyə qaldırılması üçün qarşılıqlı səylərin gücləndirilməsinin vacibliyi vurğulandı.

Nazirlər iki ölkə arasında münasibətlərin müxtəlif sahələr üzrə hazırkı vəziyyətinə və gündəlikdə duran məsələlərə nəzər saldılar.

Nazir Elmar Məmmədyarov Aloysio Nunesin ölkəmizə səfərini yüksək qiymətləndirdi və bu səfərin Azərbaycanla Braziliya arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə etdi.

Aloysio Nunes bildirdi ki, onun səfəri ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafına verdiyi dəyərin göstəricisir və Braziliya Azərbaycanın yürütdüyü praqmatik və balanslaşdırılmış xarici siyasəti təqdir edir.

Nazirlər iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin, eyni zamanda Azərbaycanla Braziliya iqtisadi-ticari əlaqələrin təşviqi baxımdan Birgə İşçi Qrupunun fəaliyyətinin intensivləşdirilməsinin önəmini qeyd etdilər. 

Tərəflər ikitərəfli münasibətlərdə parlament diplomatiyasının xüsusi yer tutduğunu və bu xüsusda, hər iki ölkə parlamentində yaradılmış dostluq qruplarının üzvləri arasında təmasların artırılmasının əhəmiyyətini vurğuladılar.

Görüşdə tərəflər arasında baxılmaqda olan sənəd layihələrinə nəzər salındı, bu əsnada müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyi qeyd olundu. Həmçinin, ikitərəfli münasibətlərdə mühüm platforma olan Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyətinə toxunuldu. 

Nazirlər iki ölkə arasında humanitar və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi apardılar. 

Tərəflər kənd təsərrüfatı, enerji, kimya və yeyinti sənayesi sahəsində əlaqələrin inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi apardılar. Eyni zamanda iki ölkə arasında turizm, elm-təhsil sahəsində, o cümlədən universitetlər arasında əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə etdilər. 

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində cari vəziyyətdən danışdı və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsinin vacibliyini vurğuladı. Nazir Braziliyanın münaqişənin BMT TŞ-nın qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmasına dair mövqeyinin yüksək qiymətləndirildiyini qeyd etdi. 

Elmar Məmmədyarov, həmçinin, paytaxt Bakının EXPO-2025-in keçirilməsinə namizəd şəhər olduğunu bildirərək, bu tədbirə ev sahibliyi etmək niyyəti ilə Azərbaycanın insan kapitalının inkişafı ilə bağlı məqsəd və məramları barədə həmsöhbətə məlumat verdi.

Görüşdə beynəlxalq gündəlikdə duran məsələlər, o cümlədən BMT Təhlükəsizlik Şurasında islahatlara dair fikir mübadiləsi aparıldı. 

Görüşdən sonra Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən ADA universiteti və Braziliya Federativ Respublikasının Xarici Əlaqələr Nazirliyinin Rio Branco İnstitutu arasında diplomatların treyninqi ilə bağlı qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı.

Anlaşma Memorandumunu Azərbaycan tərəfdən ADA Universitetinin rektoru Hafiz Paşayev, Braziliya tərəfdən xarici işlər naziri Aloysio Nunes Ferreira imzaladılar. 

P.Sultanova

 

Paylaş:
616

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər