Azərbaycan-Türkmənistan energetika əməkdaşlığına dair birgə işçi qrupun iclası keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan-Türkmənistan energetika əməkdaşlığına dair birgə işçi qrupun iclası keçirilib

09:16 - 20 / 02 / 2018
Azərbaycan-Türkmənistan energetika əməkdaşlığına dair birgə işçi qrupun iclası keçirilib

Bakıda Azərbaycan hökuməti ilə Türkmənistan hökuməti arasında energetika sahəsində əməkdaşlığın gələcək inkişafı haqqında 8 avqust 2017-ci il tarixli Anlaşma Memorandumu əsasında yaradılmış birgə işçi qrupunun birinci iclası keçirilib.

1news.az XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasda Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun və Türkmənistan Prezidenti yanında Xəzər dənizi məsələləri üzrə Dövlət Müəssisəsinin sədri Murad Atacanovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.

İclas zamanı qeyd edilib ki, iki ölkənin dövlət başçıları səviyyəsində əldə olunmuş razılaşmalar dostluq və mehriban qonşuluq münasibətlərinin bundan sonra da möhkəmlənməsinə və məhsuldar əməkdaşlığın inkişafına təkan verir.

Eyni zamanda iclas iştirakçıları ötən ilin sonunda Moskva şəhərində “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” layihəsinin razılaşdırılmasının  Xəzər dənizində qarşılıqlı maraq kəsb edən məsələlərin həllinə xidmət edəcəyini vurğulayıblar.

İclasda Anlaşma Memorandumunun məqsədlərinə nail olmaq üçün iki ölkə arasında energetika sahəsində əməkdaşlığın bərabərlik və qarşılıqlı fayda prinsipləri əsasında inkişaf perspektivləri müzakirə olunub və bu cür əməkdaşlığın Azərbaycanın və Türkmənistanın iqtisadiyyatına böyük töhfə verəcəyi qeyd edilib.

Tərəflər, həmçinin Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi ilə əlaqədar məsələləri müzakirə etdilər.

İki ölkənin yüksək enerji potensialına malik olduğunu nəzərə alaraq, bu sahədə səylərin birləşdirilməsi və enerji layihələrin genişləndirilməsinə imkan yaradacaq gələcək razılaşmaların əldə olunması üçün Xəzər dənizində müqavilə-hüquq bazasının təkmilləşdirilməsi istiqamətində müzakirələr aparıldı və növbəti iclasın Türkmənistanda keçirilməsi barədə razılıq əldə olundu. 

1news.az

Paylaş:
576

Son xəbərlər

FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51
Bütün xəbərlər