Azərbaycan səfiri Azərbaycan-İsveçrə Birgə Komissiyasının həmsədri ilə görüşüb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan səfiri Azərbaycan-İsveçrə Birgə Komissiyasının həmsədri ilə görüşüb – FOTO

09:12 - 21 / 06 / 2019
Azərbaycan səfiri Azərbaycan-İsveçrə Birgə Komissiyasının həmsədri ilə görüşüb – FOTO

Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Ervin Bollinqer ilə görüşüb.

1news.az-a Səfirlikdən verilən xəbərə görə, görüşdə iki ölkə arasında münasibətlərinin daha da inkişafından, qarşılıqlı yüksək səviyyəli səfərlərdən məmnunluq ifadə olunub.

Səfir digər sahələrlə yanaşı iqtisadi və ticari əlaqələrin daha da artırılması istiqamətində də işlərin davam etdirildiyini, Azərbaycandan İsveçrəyə iqtisadi heyətin səfər etməsinin nəzərdə tutulduğunu bildirib.

Görüşdə, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, müqavilə-hüquq bazasının artırılması, iki ölkə arasındakı ticarət dövriyyəsinin daha da yüksəlməsinə səylərin göstərilməsi, birgə hökumətlərarası komissiyanın 28 iyun tarixində keçiriləcək növbəti iclasına hazırlıq işləri, qarşılıqlı səfərlərin həyata keçirilməsi istiqamətində də müzakirələr aparılıb.

Ervin Bollinqer Azərbaycanla əlaqələrin daha da inkişafında maraqlı olduğunu və bu istiqamətdə birgə Hökumətlərarası Komissiyasının da öz səylərini daha da artırdığını vurğulayıb.

Son illərdə iki ölkənin iqtisadiyönümlü təşkilatları arasında əməkdaşlıq əlaqələri inkişaf edir. Gələn həftə Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə İsveçrənin Kiçik və Orta Miqyaslı Müəssisələr Cəmiyyəti, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Turqau Kantonunun Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında memorandumların imzalanması nəzərdə tutulur. Bu barədə razılıq səfirliyin İsveçrə kantonlarına həyata keçirdiyi işgüzar səfərlər zamanı əldə edilib. 27 iyun tarixində isə Sürixdə İsveçrə-MDB Birgə Ticarət Palatası ilə birgə biznes forumun təşkili də nəzərdə tutulan tədbirlər arasındadır. Oktyabrda isə Qərbi İsveçrənin işgüzar dairələrindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir.

S.Xankişiyeva

Paylaş:
485

Son xəbərlər

Bakıda 22 yaşlı qız qətlə yetirilibBu gün, 10:18Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15
Bütün xəbərlər