Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin Mətbuat xidmətinin bəyanatı | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin Mətbuat xidmətinin bəyanatı

19:42 - 16 / 02 / 2019
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin Mətbuat xidmətinin bəyanatı

Geniş ictimai rezonansa səbəb olan və bu ərəfədə baş verən hadisələrlə əlaqədar 16 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsi polis general-mayoru Əkbər Yusifov ilə Moskva şəhəri üzrə Rusiyanın Daxili İşlər Nazirliyinin Baş İdarəsinin rəisi polis general-leytenantı Baranov Oleq Anatolyeviç arasında görüş keçirilmişdir.

Görüş zamanı yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi keçirilmiş və insidentin eskalasiyasının qarşısının alınması üzrə tədbirlər müzakirə edilmişdir. Səfir Daxili İşlər Nazirliyinin Baş İdarəsinin rəisini Azərbaycan və Çeçen xalqlarını birləşdirən dostluq və mehriban qonşuluq hissləri, eləcə də Moskvanın çoxmillətli meydançasında münaqişə vəziyyətinə gətirib çıxara biləcək təxirəsalınmaz tədbirlərin görülməsini tələb edən bu cür insidentlərin yolverilməzliyi barədə məlumatlandırdı. Cənab Baranovun sözlərinə görə hər iki insidentlə bağlı operativ iş aparılır, xüsusilə də Moskvadakı “Neolit” kafesinə hücum faktı ilə bağlı yaxın zamanda ittihamlar irəli sürüləcək, həmçinin taksi sürücünün qətlə yetirilməsi ilə bağlı intensiv şəkildə istintaq aparılır və cinayətkarların şəxsiyyətləri müəyyən olunacaqdır. İşlər məhkəməyə təqdim ediləcək və ictimaiyyət bu barədə məlumatlandırılacaqdır. 

General-leytenant həmçinin bildirdi ki, vəziyyət tam şəkildə şəhər hakimiyyətin və polisin nəzarəti altındadır, münaqişənin genişlənməsinə imkan verilməyəcək və bütün lazımi tədbirlər görüləcəkdir.

Görüş zamanı internetdə 4-6 nəfərin həlak olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatın yayıldığı qeyd olunmuş və sosial şəbəkələrdə yer almış yalnız düşmənçilik mühitin yaradılması məqsədini güdən bu cür təxribatlara uymaması xahişi səsləndirilmişdir.

Dünən Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənov tərəfindən bəyanat verilmiş, hansında o bu insidentin Azərbaycan və Çeçen xalqları arasında mövcud olan tarixi köklərə əsaslanan dostluq və qardaşlıq əlaqələrinə xələl gətirməyəcəyini bildirmişdir.

Həmçinin, Səfir dünən və bu gün həmin məsələ ilə məşğul olan azərbaycanlılarla bir sıra görüşlər keçirmiş, bununla əlaqədar olaraq, Səfirlik jurnalistlərə və məsələdə düzgün mövqe tutan bütün insanlara təşəkkürünü bildirir.

Bir daha feyk məlumatlara və təxribat xarakterli bəyanatlara inanmamağa çağırırıq. Səfirlik həmin məsələ ilə bilavasitə məşğuldur və vəziyyətin gələcək inkişafı barədə ictimaiyyətə məlumat verəcəkdir.

1news.az

Paylaş:
875

Son xəbərlər

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:28
Bütün xəbərlər