Azərbaycan Prezidentinin mətbuat katibi Paşinyanın cəfəng bəyanatını şərh edib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Prezidentinin mətbuat katibi Paşinyanın cəfəng bəyanatını şərh edib

13:38 - 17 / 09 / 2018
Azərbaycan Prezidentinin mətbuat katibi Paşinyanın cəfəng bəyanatını şərh edib

Birinci dəfə deyil ki, Ermənistanın baş naziri Azərbaycanın daxili məsəlləri ilə bağlı yersiz və cəfəng açıqlamalar verir.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov Ermənistanın baş naziri Nikol Paşinyanın Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin Silahlı Qüvvələrdə xidmət keçməsi ilə bağlı cəfəng bəyanatını şərh edərkən deyib.

A.Qasımov qeyd edib: "Birinci dəfə deyildir ki, Ermənistanın baş naziri Azərbaycanın daxili məsəlləri ilə bağlı yersiz və cəfəng açıqlamalar verir. Əvvəla bu onu göstərir ki, Paşinyan siyasətdə təsadüfi bir fiqurdur, beynəlxalq münasibətlərdən xəbərsizdir. Paşinyan Azərbaycanın daxili işlərinə müntəzəm olaraq öz burnunu soxur. Bildirmək istəyirik ki, əgər Azərbaycan Ermənistanın daxili işlərinə müdaxilə etsə, Paşinyan hakimiyyətinin ömrü uzun olmayacaq. Sarksyan diktatura rejiminin çökməsi buna sübutdur. Sadəcə olaraq indiki şəraitdə Paşinyan rejiminin çökməsi Azərbaycana sərf eləmir. Nə qədər çox Ermənistanda Paşinyanın diktaturası davam edərsə, bir o qədər də bu ölkənin problemləri çox olacaq. Paşinyan xarici səfərlərində yaltaqlanmaqla, özünü alçaltmaqla, özünü qul kimi aparmaqla istədiyinə nail ola bilməz. Paşinyanın yeni diktatura rejimi Ermənistanı uçuruma aparır. Məhz buna görə də Azərbaycan tərəfi Paşinyan hakimiyyətinin çökməsi üçün hələlik hər hansı bir addım atmır.

Paşinyanın növbəti sarsaq açıqlaması Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin silahlı qüvvələrdə xidməti ilə bağlıdır. Bildirmək istəyirik ki, Heydər Əliyev öz fiziki keyfiyyətlərinə və hazırlığına görə Azərbaycanın ən döyüş qabiliyyətli hərbi hissələrinin birinə hərbi xidmətə çağırılıb və sentyabrın 16-da keçirilən andiçmə mərasimi bu hərbi hissənin Azərbaycanın Silahlı Qüvvələrinin aparıcı hissələrinin biri olduğunu nümayiş etdirdi. Paşinyanın oğluna gəldikdə isə, bizdə olan məlumata görə o təmas xəttindən təxminən 50 km məsafədə Azərbaycanın işğal edilmiş Cəbrayıl rayonunda Ermənistanın hərbi hissələrinin birinə yazılıb və burada əsasən məişət məsələləri ilə məşğuldur. Bu hissəyə yazılmasına baxmayaraq vaxtının çoxunu Xankəndidə keçirir. Ümumiyyətlə Paşinyanın oğlunun hərbi xidməti ilə bağlı aparılan ucuz təbliğat növbəti populist və aşağı keyfiyyətli şoudan başqa bir şey deyildir.

Paşinyanın necə şoumen olması bizə yaxşı bəllidir. Azərbaycan Respublikası Prezidentin Mətbuat xidmətinin əməkdaşları Brüsseldə iyulda keçirilmiş NATO zirvə toplantısının kuluarlarında Paşinyanın cılız və yaltaq hərəkətlərini öz gözləri ilə görmüşlər. NATO-ya üzv dövlətlərin rəhbərlərinə yaxınlaşıb onlarla şəkil çəkdirməyi Paşinyan Ermənistanda bu liderlərlə keçirilmiş görüşlər kimi təqdim etmişdir. Belə gülməli hərəkətlər Paşinyanın çox pis şoumen olduğunu göstərir.

Sonda bir daha bildirmək istəyirik ki, əgər Paşinyan bundan sonra da öz kreslosunda oturmaq istəyirsə, ona Azərbaycanın daxili işlərinə burnunu soxmamasını məsləhət görürük".

1news.az   

 

 

 

 

Paylaş:
476

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər