Azərbaycan Prezidenti Davos forumunda çıxış edəcək
Azərbaycan Prezidenti İlham Əliyev ənənəvi Davos İqtisadi forumunda iştirak edəcək.
1news.az forumun saytına istinadla xəbər verir ki, dövlət başçısı “Strateji perspektivlər: Avrasiya” panelində çıxış edəcək.
Panel müzakirələrinin yanvarın 23-ü yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 20:00) keçirməsi nəzərdə tutulur.
Qeyd edək ki, Davos forumu yanvarın 23-26-da keçiriləcək.
1news.az
507