Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edib

11:09 - 19 / 06 / 2019
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edib

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 18-də təhlükəsizlik məsələlərinə nəzarət edən ali nümayəndələrin 10-cu beynəlxalq görüşündə iştirak edib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının Ufa şəhərində keçirilən, 119 ölkənin təmsilçilərinin iştirak etdikləri görüşdə hibrid təhlükələrin artması şəraitində milli təhlükəsizliyin və dayanıqlı iqtisadi-sosial inkişafın təmin edilməsi məsələsi müzakirə olunub.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev görüşdə məruzə ilə çıxış edib, hibrid təhlükələrin proqnozlaşdırılması, qabaqlanması və qarşısının alınması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər barədə məlumat verib.

Görüşün gündəliyinə, həmçinin fövqəladə humanitar cavab tədbirləri sahəsində əməkdaşlıq, beynəlxalq informasiya təhlükəsizliyi sistemi və terrorçuluq ideologiyasının yayılmasına qarşı mübarizə sahəsində əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi daxildir.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas, Moldova Respublikası Ali Təhlükəsizlik Şurasının katibi Artur Qumenyuk və Qırğız Respublikası Təhlükəsizlik Şurasının katibi Dəmir Sıqınbayev ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə Təhlükəsizlik şuraları xətti üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.

S.Xankişiyeva

 

Paylaş:
603

Son xəbərlər

Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32
Bütün xəbərlər