Azərbaycan ordusunun bölüklərində şəxsi heyətlə iş üzrə müavin vəzifələri bərpa olunub – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan ordusunun bölüklərində şəxsi heyətlə iş üzrə müavin vəzifələri bərpa olunub – FOTO

12:37 - 18 / 01 / 2019
Azərbaycan ordusunun bölüklərində şəxsi heyətlə iş üzrə müavin vəzifələri bərpa olunub – FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2019-cu il üçün təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin, qoşun qismlərinin və əlahiddə bölmə komandirlərinin şəxsi heyətlə iş üzrə müavinlərinin və psixoloqların iştirakı ilə üçgünlük təlim-metodiki toplanışı keçirilib.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, tədbirdə çıxış edən müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Orduda islahatların davam etdirildiyini vurğulayaraq bildirib ki, son illərdə bu istiqamətdə aparılan uğurlu işlərdən biri də bölüklərdə və əlahiddə bölmələrdə şəxsi heyətlə iş üzrə müavin vəzifələrinin bərpa olunmasıdır. O, bu addım şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılması, hərbi intizamın möhkəmləndirilməsi, asudə vaxtın səmərəli təşkili və mədəni-kütləvi tədbirlərin keçirilməsi istiqamətində qısa müddətdə müsbət nəticə verdiyini xüsusi olaraq qeyd edib.

Nazir müavini şəxsi heyətlə iş üzrə bölmələrin Müdafiə Nazirliyi strukturunda mühüm xidmət sahələrindən biri olduğunu bildirərək ordu rəhbərliyi tərəfindən bu məsələyə ciddi diqqət yetirildiyini, eyni zamanda Ali Baş Komandanın və müdafiə nazirinin vəzifəli şəxslər qarşısında qoyduğu mühüm tapşırıqları iştirakçıların nəzərinə çatdırıb.

Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Rasim Əliyev 2018-ci tədris ili ərzində hərbi vətənpərvərlik tərbiyəsi, mənəvi-psixoloji hazırlıq, hərbi intizamın yüksəldilməsi və digər sahələrdə görülmüş işlər və 2019-cu tədris ilində bu istiqamətdə qarşıda duran vəzifələr barədə ətraflı məruzə ilə çıxış edib.

Tədbirdə deputat Aydın Mirzəzadə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Məlahət Muradova, Mədəniyyət Nazirliyinin Mədəniyyatşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitənin sədr müavini Səyavuş Heydərov, “Aspera” Psixoloji Yardım Mərkəzinin əməkdaşı Rafiq Allahverdiyev, “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzinin nümayəndəsi Əli Nağıyev, eləcə də Müdafiə Nazirliyinin müxtəlif idarə və hərbi hissələrin zabitləri çıxış edərək ordunun döyüş qabiliyyətinə müsbət təsir edən bir çox mövzular ətrafında fikir və mülahizələrini bölüşüblər.

Toplanışın yekununda 2018-ci tədris ili ərzində xidməti vəzifələrinin yerinə yetirilməsində fərqlənmiş şəxsi heyətin mükafatlandırılması haqqında əmr oxunub və bu il mənəvi-psixoloji hazırlığın təşkili istiqamətində müvafiq tapşırıqlar verilib.

S.Xankişiyeva

Paylaş:
396

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər