Azərbaycan Minsk qrupundan separatçı rejimi təbliğ edən səyləri pisləməyi gözləyir | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Minsk qrupundan separatçı rejimi təbliğ edən səyləri pisləməyi gözləyir

09:15 - 10 / 11 / 2017
Azərbaycan Minsk qrupundan separatçı rejimi təbliğ edən səyləri pisləməyi gözləyir

Azərbaycan Minsk qrupunun Həmsədrləri və ATƏT-dən üzv Dövlətlərin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimi təbliğ etmək və yaymaq üçün edilən istənilən səyləri pisləməyi gözləyir.

1news.az xəbər verir ki,  bu barədə Azərbaycan Respublikasının ATƏT yanında  nümayəndə heyəti ATƏT Daimi Şurasının 1163-cü iclasında bəyan edib. 

Azərbaycan missiyası bildirib ki, Ermənistanın yüksək səviyyəli rəsmilərinin Cenevrə görüşündən əvvəl və dərhal sonra verdikləri bəyanatlar İrəvanın əsl niyyətlərinə dair suallar yaradır: "Bu çərçivədə Minsk qrupunun həmsədrlərindən və ATƏT-ə üzv olan dövlətlərdən gözləyirik ki, onlar Ermənistanın Dağlıq Qarabağ bölgəsinin ermənilərinin ayrılmasını mənasız hüquqi misallarla izah etmək və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qeyri-qanuni rejimin yayılmasına və təşviq edilməsinə səy göstərmək üçün etdiyi istənilən cəhdləri qınayacaqlar Ermənistanın qeyri-qanuni nümunələrini pisləyəcəklər".

Daha sonra belə cəhdlərin 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qınanıldığı qeyd olunur.

Azərbaycan nümayəndə heyəti qeyd edib ki, Ermənistan anlamalı və yadda saxlamalıdır ki, nə Azərbaycan, nə də beynəlxalq ictimaiyyət ərazilərin qanunsuz işğalı və etnik təmizləmənin nəticələrini tanımayacaqdır.

Bəynatda qeyd olunur ki, münaqişənin Azərbaycan Respublikası Konstitusiyasını pozan və beynəlxalq hüquqa zidd olan sülh yolu ilə həlli mümkün deyil. Azərbaycan ərazisinin hərbi işğalı münaqişənin həlli deyil və heç vaxt Ermənistandan istədiyi siyasi nəticəyə gətirib çıxarmayacaq .

ATƏT-in Azərbaycan missiyası, həmçinin, Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) beynəlxalq sülhməramlılıq hərəkatında mövcud tendensiyalar və inkişaflarla tanış olmasını, təşkilat daxilində və xarici maraqlı tərəflərlə əyaniliyi və sülhün qorunması variantlarını artırmaq üçün bir sıra təşəbbüsləri həyata keçirməsini dəstəkləyir: "Biz əvvəlki kimi düşünürük ki, YSPQ, ATƏT-in münaqişə ilə məşğul olan üç dayağından biri kimi ümumi sülh prosesinə daha yaxşı inteqrasiya edilməlidir. YSPQ-nun qoşunların təmas xəttində nəzarət fəaliyyətində iştirakı onun vəziyyət haqqında məlumatlı olması baxımından əhəmiyyətlidir. Buna görə də, biz Yüksək Səviyyəli Planlama Qrupunun bütün üzvlərinin bərabər şəkildə, üzrsüz məhdudiyyətlər olmadan müşahidə imkanına malik olmasının vacibliyini vurğulayırıq. Biz YSPQ üzvlərinə edilən hücumları və vətəndaşlıqlarına görə ayrı-seçkiliyə məruz qalmalarını qınayırıq".

Bəyanatda deyilir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Minsk prosesinin mühüm elementidir: "Biz həmsədrlərin və YSPQ-nun fəaliyyətini dəstəkləmək üçün şəxsi nümayəndənin mandatını yüksək qiymətləndiririk".

1news.az 

Paylaş:
690

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər