“Azərbaycan məktəbi” jurnalının 95 illiyi münasibətilə yubiley tədbiri keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycan məktəbi” jurnalının 95 illiyi münasibətilə yubiley tədbiri keçirilib

11:26 - 12 / 07 / 2019
“Azərbaycan məktəbi” jurnalının 95 illiyi münasibətilə yubiley tədbiri keçirilib

Bu gün “Azərbaycan məktəbi” jurnalının 95 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

1news.az xəbər verir ki, yubiley tədbirində təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri, AMEA-nın üzvləri, ali təhsil müəssisələrinin rəhbərləri, təhsil ekspertləri, müəllim-professor heyəti, media nümayəndələri və digər şəxslər iştirak ediblər.

Tədbirdən əvvəl iştirakçılar jurnalın 95 illik fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar. 

Təhsil naziri Ceyhun Bayramov bildirib ki, “Azərbaycan məktəbi” jurnalı 95 illik fəaliyyəti dövründə ilk elmi-pedaqoji jurnal kimi ölkəmizdə xalq maarifinin inkişafında, pedaqoji və psixoloji elmlərin təşəkkülü və formalaşmasında müstəsna yer tutub. Nazir ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə “Azərbaycan məktəbi” jurnalının inkişaf dövrünü xüsusi vurğulayıb.

Ceyhun Bayramov qeyd edib ki, “Azərbaycan məktəbi” jurnalı Azərbaycan müəllimlərinin peşəkar inkişafına, bilik və bacarıqlarının artırılmasına, yeni təlim texnologiyalarının təbliğinə böyük töhfələr verib. Nazir bu jurnalın əsasını qoyanların, onun inkişafına təkan vermiş insanların xatirəsini minnətdarlıqla yad edib. Nazir həmçinin, “Azərbaycan məktəbi”nin elmi jurnalların beynəlxalq standartlara uyğunlaşdırılması baxımından əsaslı şəkildə yeniləndiyini diqqətə çatdırıb. Jurnalın elektron arxivinin yaradılmasının xüsusi əhəmiyyətini qeyd edən təhsil naziri bu mətbu orqanın kollektivini yubiley münasibətilə ürəkdən təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

“Azərbaycan məktəbi” jurnalının baş redaktoru Rahil Nəcəf jurnalın tarixi, qısa müddətdə görülən işlər barədə məlumat verib.

Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov,  uzun illər jurnalın baş redaktoru işləmiş, qabaqcıl təhsil işçisi Nəcəf Nəcəfov çıxış edərək “Azərbaycan məktəbi” jurnalının ölkəmizin təhsilində oynadığı mühüm rolundan danışıb, kollektivə uğurlar arzulayıblar.

Tədbirdə “Azərbaycan məktəbi jurnalı – 95” adlı sənədli film nümayiş olunub.

Sonda səmərəli fəaliyyətlərinə görə jurnalın əməkdaşlarına Təhsil Nazirliyinin Fəxri fərmanı təqdim olunub.

P.Sultanova

Paylaş:
518

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər