1news.az

Azərbaycan Litva və Benilüks ölkələri ilə viza rejimini sadələşdirdi

7 Mart saat 22:44 ~ 1 dəqiqəlik oxu 207
Azərbaycan Litva və Benilüks ölkələri ilə viza rejimini sadələşdirdi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” sazişin təsdiq edilməsi barədə qanunu təsdiqləyib.

1news.az xəbər verir ki, saziş 2017-ci il oktyabrın 27-də Vilnüs şəhərində imzalanıb.

Dövlət başçısı həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Benilüks Dövlətləri Hökumətləri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında” sazişin təsdiq edilməsi barədə qanunu təsdiqləyib.

Saziş 2017-ci il noyabrın 23-də Brüssel şəhərində imzalanıb.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Rəsmi BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net