Azərbaycan ilə Meksika arasında əməkdaşlığa dair hökumətlərarası saziş imzalanıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan ilə Meksika arasında əməkdaşlığa dair hökumətlərarası saziş imzalanıb

22:07 - 20 / 10 / 2017
Azərbaycan ilə Meksika arasında əməkdaşlığa dair hökumətlərarası saziş imzalanıb

“Azərbaycan Respublikası Hökuməti və Meksika Birləşmiş Ştatları Hökuməti arasında təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlıq haqqında saziş” imzalanıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, sazişi Azərbaycan hökuməti adından xarici işlər nazirinin müavini Xələf Xələfov, Meksika hökuməti adından isə bu ölkənin Azərbaycandakı səfiri Rodriqo Labardini imzalayıb.

X.Xələfov Azərbaycan və Meksika arasında münasibətlərin uğurla inkişaf etdiyini qeyd edib. O, 2017-ci ilin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edilməsi ilə əlamətdar olduğunu bildirib, bu illər ərzində Azərbaycan və Meksika arasında formalaşmış siyasi dialoqun məmnunluq doğurduğunu diqqətə çatdırıb.

Nazir müavini, həmçinin Azərbaycan və Meksika arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.

X.Xələfov imzalanmış sazişin müvafiq sahələrdə əməkdaşlığın intensiv şəkildə inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib. Bu istiqamətdə səylərin artırılması üçün iki ölkənin müvafiq qurumları arasında təmasların artırılmasının vacibliyini vurğulayıb.

Azərbaycanın Meksika ilə iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edən nazir müavini bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib.

Görüşdə ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası diplomatiyanın xüsusi rolunu qeyd edən Xələf Xələfov iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişafından məmnunluğunu ifadə edib və bu xüsusda, Meksikanın qanunverici orqanı tərəfindən qəbul edilmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə əlaqədar qətnamələrin qəbul edilməsini yüksək qiymətləndirib.

Səfir Rodriqo Labardini ikitərəfli əlaqələrin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyini bildirib, Azərbaycan ilə Meksika arasında mövcud ticarət dövriyyəsinin 3 dəfəyə qədər artdığını bildirib.

Həmçinin o, 2016-ci ilin ikinci yarısında iki ölkə arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsinin keçirildiyini, bunun ikitərəfli münasibətlərin inkişafına təkan verdiyini diqqətə çatdırıb.

Səfir iki ölkə arasında mədəni əlaqələrin inkişafına toxunub, səfirlik tərəfindən bu istiqamətdə təşkil edilmiş rəssamlıq sərgilərindən bəhs edib. Bu xüsusda, o, Meksika rəssamlıq nümunələrinin yalnız Bakıda deyil, eyni zamanda, Azərbaycanın digər şəhərlərində də nümayiş olunduğunu diqqətə çatdırıb.

Səfir imzalanmış sazişin iki ölkə arasında təhsil, elm, gənclər, mədəniyyət və idman kimi humanitar sahələrdə əməkdaşlığın daha da inkişafına mühüm töhfə verəcəyinə və münasibətlərimizin inkişafında böyük rol oynayacağına əminliyini ifadə edib.

1news.az

Paylaş:
776

Son xəbərlər

Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56
Bütün xəbərlər