Azərbaycan Hindistana meyvə ixrac edəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Hindistana meyvə ixrac edəcək

21:14 - 06 / 12 / 2017
Azərbaycan Hindistana meyvə ixrac edəcək

Azərbaycan meyvələri Hindistana ixrac olunacaq.

1news.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) ticarət nümayəndəliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın ixrac missiyasının iştirakçıları yerli məhsullarımızın Dubayın market və bazarlarında satışı imkanları, distribüterlik məsələlərinin müzakirə olunduğu ikitərəfli görüşlərdə iştirak ediblər.

Missiya çərçivəsində meyvə-tərəvəz istehsalı və ixracı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri Yaxın Şərq ölkələrində ən iri meyvə-tərəvəz sərgisi olan "VOP Dubai"da da iştirak ediblər. Sərgi çərçivəsində "Azərbaycanın meyvə-tərəvəz məhsullarının ixrac potensialı" mövzusunda seminar keçirilib. Seminarda xarici sahibkarlara rəqabət qabiliyyətli və ixracyönümlü məhsullarımızın, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verilib, ixrac missiyasında iştirak edən şirkətlərin fəaliyyətləri barədə təqdimatlar olub. Sərgi zamanı Azərbaycan məhsulları da nümayiş olunub. Meyvə-tərəvəz məhsullarımız tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və Azərbaycan meyvələrinin Hindistana ixracına dair razılıq əldə edilib.

İxrac missiyası çərçivəsində keçirilən görüşlərdə də bir sıra uğurlu nəticələr əldə edilib. Görüşlər zamanı Azərbaycanın "Brightman BMC" şirkəti konservləşdirilmiş məhsulların BƏƏ-yə və Banqladeşə ixracına dair "Al-maya" və "Lulu" marketlər şəbəkələri və "Al-Ghamdi" trading şirkəti ilə ilkin razılıq əldə edib. "Sunfood" şirkəti nar şirəsinin və çayın, "Səba" ət məhsullarının, "Kerkom" və "Azəri-bal" şirkətləri isə balın BƏƏ-yə ixracına dair "Al-maya", "Lulu", "Al-Qudva" marketlər şəbəkələri ilə danışıqlara başlayıblar. "Az-Granata" şirkəti nar şirəsinin Dubaya ixracına dair "Vit" şirkəti ilə ilkin razılığa gəlib. "Azprotein" şirkəti "Al-Tayeb" pərakəndə və topdansatış distribüter şirkəti ilə və "Choitrams" marketlər şəbəkəsi ilə ət məhsullarının BƏƏ və digər Körfəz ölkələrinə ixracına dair razılıq əldə edib.

İxrac missiyasının iştirakçıları, həmçinin bazar və iri market şəbəkələrində olublar.

1news.az

Paylaş:
532

Son xəbərlər

Cavanşir Məmmədovla vida mərasimi keçirilirBu gün, 15:56Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55
Bütün xəbərlər