Azərbaycan gömrükçüləri külli miqdarda heroinin Avropaya daşınmasının qarşısını alıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan gömrükçüləri külli miqdarda heroinin Avropaya daşınmasının qarşısını alıblar

15:03 - 19 / 03 / 2018
Azərbaycan gömrükçüləri külli miqdarda heroinin Avropaya daşınmasının qarşısını alıblar

Azərbaycan gömrükçüləri Avropaya daşınması nəzərdə tutulan külli miqdarda narkotik vasitənin ölkənin gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısını alıblar.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, İran vətəndaşı Arjomandzadeh Gholamreza Mohammad Alı idarə etdiyi “Renault” markalı, 37B527/8-10 nömrəli yük nəqliyyat vasitəsilə İrandan Azərbaycan ərazisindən tranzit keçməklə Niderland Krallığına “kiçik ölçülü transformatorlar” yükünü apararkən Astara Gömrük İdarəsinin idxal nəzarət xəttində saxlanılıb.

Sürücü ilə şifahi sorğu-sual aparılaraq idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən, qanunla dövriyyəsi qadağan edilən, o cümlədən narkotik vasitələr, psixotrop maddələr və ya onların prekursorlarının olub-olmaması soruşulub. O isə idarə etdiyi nəqliyyat vasitəsində qanunla qadağan olunan heç bir predmetin olmadığını bildirib.

Bundan sonra nəqliyyat vasitəsinə kinoloji xidməti iti tətbiq edilməklə baxış keçirilib. Baxış zamanı xidməti it yük maşınının qoşqusunun təkərlərinə reaksiya verib. Bu səbəbdən iki nəfər hal şahidinin iştirakı ilə qoşqunun təkərləri olan hissəsi təkrar yoxlanılıb. Xüsusi alət və avadanlıqlardan istifadə edilərək qoşqunun təkərləri açılıb. Nəticədə, təkərlərin arasında olan - xüsusi düzəldilmiş oxların içərisində, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə gömrük nəzarətindən gizlədilən, üç ədəd oxun hər birində 1 ədəd olmaqla, cəmi 3 bağlama aşkar edilib.

Həmin bağlamalar açılarkən isə hər birinin içərisində 34 ədəd olmaqla, cəmi 102 ədəd falqalı kağız və şəffaf yapışqanlı lentlə sarınmış yastı-dairəvi formalı paketlər aşkar edilib. Daha sonra həmin paketlərin içərisində açıq-qəhvəyi rəngli narkotik vasitə - heroinin olduğu müəyyən edilib.

Cəmi 102 ədəd paketdə aşkar olunan heroinin qablaşdırma ilə birgə ümumi çəkisi 52 kiloqram 390 qram təşkil edib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
512

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər