Azərbaycan gimnastları II Avropa Oyunlarına lisenziyalar qazanıblar | 1news.az | Xəbərlər
İdman

Azərbaycan gimnastları II Avropa Oyunlarına lisenziyalar qazanıblar

21:33 - 19 / 04 / 2018
Azərbaycan gimnastları II Avropa Oyunlarına lisenziyalar qazanıblar

Azərbaycan gimnastları gələn il Belarusun paytaxtı Minskdə təşkil olunacaq II Avropa Oyunlarına ilk lisenziyaları əldə ediblər.

1news.az-ın məlumatına görə, bu günlərdə Bakıda keçirilmiş batut gimnastikası üzrə Avropa çempionatında iki kişi və iki qadın batutçumuz lisenziyalara sahib olublar. Bununla da, II Avropa Oyunlarında batut gimnastikası üzrə yarışlarda millimiz maksimum sayla – dörd nəfərlə təmsil ediləcək.

Növbəti lisenziya xəbəri isə akrobatlarımızdan gəlib. Ötən həftə Belçikanın Antverpen şəhərində keçirilən dünya çempionatında qarışıq cütlüyümüzün uğurlu çıxışları onlara da Avropa Oyunlarına yol açıb. Böyüklər kateqoriyasında qadın qrupumuz olmadığından Oyunlarda bu növ üzrə yalnız qarışıq cütlüklərimiz mübarizə aparacaqlar.

Gimnastikanın digər növlərinə gəldikdə isə, idmançılarımız bu il keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatında, aerobika gimnastikası üzrə dünya çempionatında, idman gimnastikası üzrə həm bu il, həm də 2019-cu ildə keçiriləcək Avropa çempionatlarında lisenziyalar uğrunda yarışacaqlar.

Qeyd edək ki, 2015-ci ildə Bakıda təşkil edilmiş ilk Avropa Oyunlarında olduğu kimi, “Minsk-2019”da da gimnastikanın altı növü üzrə yarışlar keçiriləcək.

1news.az

Paylaş:
452

Son xəbərlər

Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb01 / 05 / 2024, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub01 / 05 / 2024, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb01 / 05 / 2024, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcək01 / 05 / 2024, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb01 / 05 / 2024, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 201 / 05 / 2024, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEO01 / 05 / 2024, 16:49Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA01 / 05 / 2024, 16:48COP29-un rəsmi saytı istifadəyə verilib01 / 05 / 2024, 16:47Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıb01 / 05 / 2024, 16:39Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 16:36İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib01 / 05 / 2024, 16:35Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib01 / 05 / 2024, 16:20İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:47Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölüb01 / 05 / 2024, 15:37Prezident: Azad edilən ərazilərdə yeni məscidlər inşa edilir, dağıdılanların isə bərpa olunur01 / 05 / 2024, 15:35Prezident Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:33Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:21Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıb01 / 05 / 2024, 15:10Prezident ipoteka haqqında qanunu təsdiqlədi01 / 05 / 2024, 14:57
Bütün xəbərlər