Azərbaycan Gimnastika Federasiyasına yeni baş katib təyin edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Gimnastika Federasiyasına yeni baş katib təyin edilib

14:29 - 10 / 12 / 2017
Azərbaycan Gimnastika Federasiyasına yeni baş katib təyin edilib

Azərbaycan Gimnastika Federasiyasının (AGF) İcra Komitəsinin 30-cu iclası baş tutub.

1news.az-ın verdiyi xəbərə görə, iclasda ilk öncə Bakı Gimnastika Məktəbi və Ocaq Sport Klubunun rəhbərləri həmin qurumların fəaliyyətini əks etdirən təqdimat ediblər.

Təqdimat zamanı gimnastika növləri üzrə fəaliyyət göstərən bölmələr haqda məlumat verilərək, son bir il ərzində gimnastikanın inkişafı istiqamətində görülmüş işlər, o cümlədən qarşıya qoyulmuş gələcək planlar müzakirə edilib.

Həmçinin, iclasda gimnastların Lisenziyası üzrə qaydalarına və AGF tərəfindən təltif olunan Xatirə Medalları haqqında Əsasnaməyə təklif edilən dəyişikliklər də təsdiq olunub.

Görüş çərçivəsində federasiyanın Baş katibinin, gimnastika növləri üzrə Kompleksli Elmi Tədqiqat qrupunun rəhbərinin və gimnastika növləri üzrə yığma komandaların Baş məşqçilərinin illik hesabatları da dinlənilib.

Daha sonra Avropa Gimnastika İttifaqına (UEG) prezident seçilmiş F. Qayıbovun AGF və UEG arasında maraqların mümkün toqquşmasını nəzərə alaraq federasiyada tutduğu Baş katib vəzifəsindən azad olunması ilə bağlı İcra Komitəsinə ünvanladığı ərizəsi qəbul edilərək, təsdiq olunub.

AGF-nin Baş katibi vəzifəsinə 2007-2009-cu illərdə federasiyanın Baş katibinin köməkçisi, 2009-cu ildən bu günə qədər isə müavini vəzifəsində çalışmış Nurlana Məmmədzadə seçilib. N.Məmmədzadə 1979-cu ildə Bakı şəhərində anadan olub. 1996-2000-ci illərdə Təfəkkür Universitetinin ingilis dili ixtisası üzrə “Filologiya” fakültəsinin bakalavr dərəcəsini, 2001-2003-cü illərdə isə həmin ixtisas üzrə Xəzər Universitetinin magistr dərəcəsini bitirib.

S.Xankişiyeva

 

Paylaş:
1404

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər