İlham Əliyevin Paris səfəri: Azərbaycan-Fransa münasibətlərində yeni mərhələ - TƏHLİL | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyevin Paris səfəri: Azərbaycan-Fransa münasibətlərində yeni mərhələ - TƏHLİL

12:40 - 23 / 07 / 2018
İlham Əliyevin Paris səfəri: Azərbaycan-Fransa münasibətlərində yeni mərhələ - TƏHLİL

Azərbaycan Prezidenti İlham Əliyevin 19-20 iyul tarixlərində Fransaya səfiri iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin gələcək inkişafı baxımdan müsbət əhəmiyyət kəsb edir.

Dövlət başçısı Fransada bir sıra mühüm görüşlər keçirdi. Bu görüşlər arasında iri şirkətlərin rəhbərləri ilə aparılan müzakirələri xüsusi qeyd etmək lazımdır. Ümumilikdə İlham Əliyev səfər çərçivəsində Fransanın 11 şirkətinin nümayəndələri ilə müzakirələr aparıb. Azərbaycan ilə Fransa şirkətləri arasında 2 milyard dollardan çox dəyərində müqavilələr imzalanıb. Bu müqavilələr reallaşdırıldığı təqdirdə onların həcmi daha da artacaq. Həmçinin, enerji təhlükəsizliyi məsələsi müzakirə olunub, “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla icra edildiyi vurğulanıb. Neft-qaz sektoru, infrastruktur, nəqliyyat, kosmik sənaye, hava nəqliyyatı, metro tikintisi, hərbi-texniki sahələrdə əməkdaşlıq məsələləri də müzakirə olunub.

Bu gün Fransa həm də Avropa İttifaqındakı rolu və mövqeyinə görə Azərbaycan üçün əhəmiyyətli tərəfdaşdır. Belə ki,  Fransa Aİ-də Almaniya və İtaliya ilə bərabər üç mühüm üzvündən biridir.

Nəhayət, Fransa ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindən biridir. Azərbaycan digər həmsədr dövlətlərlə yanaşı Fransadan da münaqişənin həllində qətiyyətli addımlar gözləyir.

Prezident İlham Əliyev fransalı həmkarı Emmanuel Makronla görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi barədə ətraflı məlumat verib. Ümidvarlıq ifadə olunub ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Fransa Prezidenti şəxsən bu münaqişənin həllində fəal iştirak edəcək.

Dövlət başçısının Fransaya səfərinin yekunlarını 1news.az-a şərh edən millət vəkili, politoloq Rasim Musabəyov bildirib ki, iki ölkə prezidentlərinin qarşılıqlı olaraq səfərləri Azərbaycan və Fransa münasibətlərinin davamlı, perspektivi olduğunu göstərir. Onun sözlərinə görə, Fransa Avropanın iqtisadiyyatıdır, amma xarici siyasətində də birinci yerdədir, Almaniyadan fərqli olaraq nüvə silahına malikdir, BMT Təhlükəsizlik Şurasının üzvüdür. Bu baxımdan millət vəkili düşünür ki, Azərbaycan-Fransa yüksək səviyyəli dialoqunun davam etməsi, münasibətlərin möhkəm bünövrəyə əsaslanaraq inkişaf etməsi faydalıdır.

Fransanın Dağlıq Qarabağ münaqişəsində mövqeyində hansı dəyişikliyin ola bilməsinə gəlincə, politoloq vurğulayıb ki, erməniləri ağıla gətirmək üçün Fransanın müəyyən imkanları var. İndi bu imkanlardan istifadə edilib edilməyəcəyi hələlik açıq sual olaraq qalır. Ancaq hər halda Makron bu məsələ ilə məşğuldur, yəni münaqişənin nizamlanmasını diqqətdə saxlamaqla bağlı vədlər verir. Hələlik ermənilər hər vəchlə münaqişənin mahiyyəti üzrə danışıqlardan boyun qçırırlar. Elə məsəslələr var ki, onlara nəzəri cəhətdən cavab vermək mümkün deyil, sınaqdan keçirilməlidir”.

Fransa ilə hərbi əməkdaşlığa gəlincə, R.Musabəyov düşünmür ki, qeyd edilən müzakirələrdən sonra bütün silahlarımızı Fransadan almağa başlayacağıq:

“Silahların alınması bir sistem şəklində olur və bizim Fransa ilə hərbi əməkdaşlıq adlanmasa da, hərbi əhəmiyyət kəsb bedən əməkdaşlığımız var. Fransa bizə peyklər satır və bu, Azərbaycana imkan verir ki, dəqiqiklə həm işğl altındakı əraziləri, həm də Ermənistan ərazisini nəzarətdə saxlayaq. Bunun da böyük hərbi əhəmiyyəti var”.

Millət vəkili ümumiyyətlə son günlər ərzində Azərbaycanın Avropaya yaxınlaşması, əməkdaşlığın dərinləşməsi istiqamətində mühüm hadisələrin baş verdiyini, nümunə kimi, Prezident İlham Əliyevin Brüsselə, Fransaya səfərlərini, İtaliya Prezidentinin Bakıya səfərini qeyd  edib. Bütün bunların isə Ermənistandan fərqli olaraq Azərbaycanın Avropa üçün dəyərli tərəfdaş olduğunu sübut etdiyini deyib:

“Ermənistan bəyan edir ki, mən Avropayam, sizin dəyərlərinizi bölüşdürürəm, mənə kömək edin. Ancaq Ermənistanın Avropa ölkələrinə nəsə təklif etmək imkanı yoxdur. Ancaq dilənməyi bilir, dilənlənmək üçün də özünü gözə soxur, amma təkrar edirəm ki, Avropa ölkələri Ermənistandan heç nə gözləmirlər, ən azı ona görə ki, Avropaya verəcək heç nəyi yoxdur. Bazarı, ehtiyatları yox səviyyəsindədir, strateji cəhətdən hər hansı əhəmiyyətə malik deyil, Rusiyanın qanadının altına sığınıb .Azərbaycan isə Avropa ölkələri ilə maraqlar üzərində münasibətləri qurub. Bu, imkan verir ki, biz Avropa ölkələrindən aldıqlarımız müqabilində  öz imkanlarınızı təqdim edək. Ona görə də Ermənistan və Azərbaycanın Avropa ilə münasibətlərini bərabərləşdirmək, eyni kontekstdən baxmaq düzgün deyil.

İqtisadçı Vüqar Bayramov isə səfərin iqtisadi əhəmiyyətini 1news.az-a şərh edib. O deyib ki, Fransa Azərbaycanın əsas ticarət tərəfdaşlarındn biridir:

“Nəzərə alsaq ki, Azərbaycanın ticarət dövriyyəsinin təxminən yarısı Avropa İttifaqı ölkələrinin payına düşür, Aİ-nin üzvü olan Fransa bu mənada Azrbaycan üçün əsas ticarət tərəfdaşlarından biridir. Eyni zamanda Azərbayca- Fransa ticarət dövriyyəsinin həcminə diqqət yetirsək, bu, illər üzrə dəyişir.

Ticarət dövriyyəsi ötən il 1 milyard 70 milyon dollar olub. Rəqəmlər ondan xəbər verir ki, ölkələr arasında ticarət dövriyyəsinin artırılması imkanları və potensialı mövcuddur. Azərbaycan il ərzində Fransaya 493 milyon dollara yaxın mal ixrac edir. Baxmayaraq ki, iki il əvvəl bu rəqəm 864 milyon dollar olub. Fransa Azərbaycan üçün xüsusən, qeyri-neft sektoruna investisiyların cəlb edilməsi baxımından vacib ölkədir. Prezident İlham Əliyevin səfəri zamanı da müzakirə edilən əsas məsələlərdən biri Fransa investisiyalarının cəlbi oldu. İqtisadi əlaqələrin inkişafı üzrə konkret sənədlər imzalandı”.

Ekspert deyib ki, Fransa Azərbaycanda enerji sektorunda da aktiv ölkələrdən biridir, amma təbii ki, qeyd olunduğu kimi Azərbaycana daxil olan xarici investisiyaların 6,7 faizi Fransanın payına düşür:

“Prezidentin səfərindən sonra bu rəqəmin artırılması imkanları var. İki milyard dollardan artıq müqavilələrin imzalanması ondan xəbər verir ki, səfər həm Fransa şirkətlərinin ölkəmizin qeyri neft sektoruna yönəldəcəyi investisiyaların, eyni zamanda ticarət dövriyyəsinin artımına gətirib çıxaracaq”.

P.Sultanova

 

 

Paylaş:
1211

Son xəbərlər

Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18
Bütün xəbərlər