Azərbaycan əqli mülkiyyətin qorunması sahəsində MDB ölkələri arasında lider dövlətdir | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan əqli mülkiyyətin qorunması sahəsində MDB ölkələri arasında lider dövlətdir

15:56 - 27 / 09 / 2017
Azərbaycan əqli mülkiyyətin qorunması sahəsində MDB ölkələri arasında lider dövlətdir

Xəbər verildiyi kimi, Dünya İqtisadi Forumu ölkələrin 2017-2018-ci illər Qlobal Rəqabətqabiliyyətlilik İndeksi üzrə rəqabətqabiliyyətlilik reytinqini dərc edib.

Bu hesabata görə Azərbaycan əvvəlki illərlə müqayisədə öz mövqeyini daha da möhkəmləndirərək 37-ci yerdən 35-ci yerə yüksəlib.

Hesabatı şərh edən Müəllif Hüquqları Agentliyindən bildiriblər ki, reytinq 12 göstərici üzrə tərtib olunur və əqli mülkiyyət mövqeyindən birinci göstərici – “Təsisatlar” və on ikinci göstərici – “İnnovasiyalar” vacib əhəmiyyət daşıyırlar. “Təsisatlar” bölməsində “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə Azərbaycan 4,8 bal toplayaraq 37-ci yer tutur.

Bununla da Azərbaycan ötən dövrlə – 2016-2017-ci illərlə müqayisədə “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə tutduğu 71-ci yerdən 34 pillə yüksəlib.

““Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə Azərbaycan MDB ölkələri arasında 1-ci yeri tutur, Cənubi Qafqaz ölkələri arasında şəksiz lider olaraq Ermənistanı 38, Gürcüstanı isə 58 pillə qabaqlayır.

“Əqli mülkiyyətin qorunması” ilə bağlı olan “İnnovasiyalar” mövqeyi üzrə Azərbaycan 33-cü yeri tutaraq müvafiq olaraq 70-ci yeri tutan Ermənistanı və 118-ci yeri tutan Gürcüstanı qabaqlayır və MDB ölkələri arasında lider dövlətdir”- deyə, Agentlikdən bildiriblər.

Babək Cahandarov

Paylaş:
643

Son xəbərlər

İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44
Bütün xəbərlər