Azərbaycan diplomatiyası: bir əsrlik inkişaf yolu | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan diplomatiyası: bir əsrlik inkişaf yolu

16:12 - 09 / 07 / 2019
Azərbaycan diplomatiyası: bir əsrlik inkişaf yolu

Biz o kəsləri dahi adlandırırıq ki, onlar sıradan təqvim gününü, normativ statistikanı tarixə, salnaməyə çevirməyi bacarırlar. Bir neçə gündən sonra hakimiyyətə gəlişinin yarım əsrlik tarixçəsini qeyd edəcəyimiz Ulu öndər Heydər Əliyev məhz bu cür nadir insanlardan idi.

Lakin Ulu öndərin böyüklüyü həm də onda idi ki, milli yaddaş, milli təfəkkür, milli dövlətçilik ərkanı ilə bağlı taleyüklü məsələlərdə bir varislik əlaqəsi yarada bilmişdi ki, həmin qiymətli irsin, mirasın davamçısı cənab Prezident İlham Əliyevdir.

Məhz Azərbaycan Prezidenti İlham Əliyev özünün 16 may 2017-ci il tarixli "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Sərəncamı ilə 2018-ci ili Cümhuriyyət ili elan etdi.

Azərbaycanın ilk müstəqil dövləti 1918-ci ildə quruldu.

Bununla bağlı Ümummilli liderimiz deyirdi: "Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır".

Bəli, müsəlman Şərqində ilk demokratik dövləti quran babalarımız vətəndaşlıq şücaəti ilə yaranmış və yazılmış şərəfli bir tarixi obyektiv səbəblər üzündən 23 ay yaşada bildilər.

Tədqiqatçılar hesablayıblar ki, Xalq Cümhuriyyəti mövcud olduğu qısa bir zaman içində 350 ilkə imza atmışdır. Onların arasında elələri vardı ki, 70 illik sovet hakimiyyəti belə millətin dövlətçilik yaddaşından silib ata bilmədi – bayrağımız, himnimiz, gerbimiz. İlk parlament, dövlət aparatı, sərhədlərimiz... onlardan da əvvəl "İstiqlal bəyannaməsi".

Həmin ilklərdən biri də müstəqil dövlətin xarici siyasət xidmətinin yaradılması ilə bağlı olmuşdur. 1919-cu ilin iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Hökuməti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat qəbul etmişdir. Və məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 avqust 2007-ci il tarixli Sərəncamına uyğun olaraq həmin tarix Azərbaycanın diplomatik xidmət orqanlarının işçiləri gününün təsis olunmasının əsasını təşkil edib.

Diplomatik xidmət orqanları rəhbərlərinin növbəti müşavirəsi də məhz ölkəmizdə diplomatik xidmətin 100 illiyi kimi əlamətdar bir vaxtda keçirilir.

Bir qədər tarixə ekskurs edərək söyləyək ki, kifayət qədər mürəkkəb siyasi şəraitdə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk gündən xarici siyasət məsələlərinə həssaslıqla yanaşmış, gənc müstəqil respublikanın beynəlxalq miqyasda tanıdılması, milli həqiqətlərin dünyaya çatdırılması, eləcə də qonşu və region dövlətləri ilə diplomatik münasibətlərin formalaşdırılması istiqamətində sistemli tədbirlər həyata keçirilmişdir.

Bu hədəflərin reallaşdırılması üçün Cümhuriyyətin bütün yeni yaradılmış hökumət kabinetlərində xarici siyasət idarəsinin fəaliyyətinə xüsusi yer verilir, onun hərtərəfli təchizatı diqqət mərkəzində saxlanılırdı. Həmin dövrdə xarici siyasət idarəsinə diplomatiya sahəsində səriştəsi olan Fətəli xan Xoyski, Məmmədhəsən Hacınski, Məmməd Yusif Cəfərov, Adil xan Ziyadxanlı kimi şəxsiyyətlərin rəhbərlik etməsi bunu bir daha təsdiqləyir. Azərbaycanın Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakı da Xalq Cümhuriyyətinin xarici siyasətində ən mühüm hadisələrdən biri kimi tarixiləşmişdir.

Azərbaycanın yeni reallıqlar şəraitində əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və cənab Prezident tərəfindən daha böyük uğurla davam etdirilən xarici siyasəti belə bir köklü-şaxəli, eyni zamanda, nəzəri-konseptual irsə söykənir.

XXI yüzillik bəşər tarixinə yeni siyasi mühit, yeni geosiyasi prioritetlər, beynəlxalq güc mərkəzlərinin yeni nizamı və beynəlxalq münasibətlərin fərqli konfiqurasiyası ilə daxil oldu. Nə qədər dünyəviləşsək, demokratikləşsək də dünyanın siyasi düzənini müəyyənləşdirən güc inhisarçılarının ikili standartları təşviq edən siyasətinə daha tez-tez rast gəlirik. Belə bir şəraitdə Azərbaycanın gənc və müstəqil dövlət kimi düzgün hesablanmış, dəqiq və təkmil konsepsiyaya əsaslanan milli xarici siyasi kurs yeritməsi müstəsna əhəmiyyətə malikdir.

Ölkəmizin xarici siyasət kursunun söykəndiyi effektiv dəyərlər sistemi mövcuddur. Özünün ən müxtəlif səviyyəli çıxışlarında cənab Prezident Azərbaycanın xarici siyasətini mükəmməl bir konsepsiya kimi təqdim eləyir; həm ölkə, həm də dünya ictimaiyyətinə. O, həmişə deyir ki, baxmayaraq ki, biz dünyəvi dövlət qururuq, amma biz öz kökümüz üzərində dövlət qururuq. Milli-mənəvi dəyərlərimizdən, qədim və zəngin dövlətçilik irsimizdən, müasir potensialımızdan qidalanan, eyni zamanda, sivil bəşəriyyətə xas olan mütərəqqi keyfiyyətləri sıyırıb özündə ehtiva edən bir dövlət qururuq. Məhz belə bir münbit əməkdaşlığa arxalanan xarici siyasət dövlətin milli təhlükəsizliyini, suverenliyini və müstəqilliyini qorumağa qadirdir.

Müstəqil xarici siyasət yeridən, milli təhlükəsizliyi təmin etmək üçün hücumçu diplomatiyaya üstünlük verən Azərbaycan hakimiyyəti daxili potensialına və resurslarına, ən başlıcası, xalqın dəstəyinə güvənir.

Cənab Prezidentin də ifadə etdiyi kimi, bu daxili amillər, yəni iqtisadi gücümüz, dünyada artan nüfuzumuz bizə imkan verir ki, bundan sonra da prinsipial xarici siyasət xətti yeridək. Azərbaycanın beynəlxalq nüfuzu, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş və etibarlı dost kimi təqdim edə bilmişdir.

Hesab edirik ki, diplomatik xidmət orqanlarının nümayəndələri bundan sonra da xarici siyasətimizin taleyüklü məsələlərinin həllində səylərini əsirgəməyəcəklər.

Bu gün xarici siyasətimizin əsas prioriteti Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycan həqiqətlərinin dünyaya daha israrlı, iddialı və qətiyyətli şəkildə çatdırılmasıdır.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli limiti tükənməyib. Bu birmənalıdır, qətidir. Müharibələr tarixi də göstərir ki, bütün müharibələrin taleyi danışıq masaları arxasında həll olunur. Xalq həmişə sülh və təkamül yolunu seçir. Dövlət başçıları, liderlər də özlərində iradə, səbat, müdriklik tapmalıdırlar ki, bu yola daha tez yetişməyin üsul və vasitələrini işləyib hazırlasınlar.

Biz, həmişə vurğuladığımız kimi, bu münaqişənin həllini birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində görürük. Və Prezidentimizin də ifadə etdiyi kimi, istədiyimiz odur ki, Ermənistan rəhbərliyi, nəhayət, qəflət yuxusundan ayılıb regionda gedən prosesləri düzgün qiymətləndirsin, ərazi iddialarından əl çəksin, onu hansı aqibətin gözlədiyini soyuq mühakimə ilə təhlil etsin. Problemlə bağlı dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların mövqeyi birmənalıdır. Beynəlxalq hüququn ümumtanınmış norma və prinsipləri Azərbaycanın öz torpaqları üzərində suveren hüquqlarını təsbit edir.

Birmənalıdır ki, uğurlu xarici siyasətin təməlini qüdrətli iqtisadiyyat təşkil edir. Ölkəmizin iştirakçısı və təşəbbüskarı olduğu müxtəlif beynəlxalq layihələr geniş regional əməkdaşlıq üçün möhkəm əsas yaradır. Biz nəqliyyat infrastrukturuna – dəniz limanları, dəmir yolları, hava limanları və magistral yollara böyük sərmayə yatırmaqla əlverişli coğrafi mövqeyimizi real nəqliyyat imkanlarına çevirmişik. Bu gün Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi vacib tranzit ölkəyə çevrilib. 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiya və Avropa arasında vacib logistik bağlantıdır. Bütün bunlar həm beynəlxalq əməkdaşlıq formatını yaradır, xalqları və ölkələri bir-birinə bağlayır, sülh və sabitliyə xidmət edir, həm də xarici siyasi əlaqələrin məhsuldar məcraya yönəlməsində təkanverici rol oynayır.

Fürsətdən istifadə edib, xarici siyasət sahəsində çalışan bütün şəxsləri diplomatik xidmət orqanlarının yaradılmasının 100-cü ildönümü münasibətilə ürəkdən təbrik edir, güclü, qüdrətli və müstəqil Azərbaycan uğrunda gələcək işlərdə uğurlar arzulayırıq!

N.İ.,K.A.

Newtimes.az

Paylaş:
523

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər