Azərbaycan Beynəlxalq Bankının Ucar şöbəsinin yeni binasının açılışı olub – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankının Ucar şöbəsinin yeni binasının açılışı olub – FOTO

16:30 - 12 / 11 / 2018
Azərbaycan Beynəlxalq Bankının Ucar şöbəsinin yeni binasının açılışı olub – FOTO

Müştərilər üçün ən əlçatan banklardan olan Azərbaycan Beynəlxalq Bankı xidmətin keyfiyyətinin artırılması, müştəri məmnuniyyətinin əldə olunması məqsədilə regional ofislərinin də bankın yeni konseptinə uyğun inkişafı layihəsini davam etdirir.

Layihə çərçivəsində Bankın müasir konseptinə uyğun qurulmuş daha bir xidmət ofisi - Ucar şöbəsi yeni ünvanda istifadəyə verilib.

Şöbə bundan sonra fəaliyyətini Ucar rayonu, Oğuz küçəsi - 44 ünvanında davam etdirəcək. Geniş ərazidə yerləşən, ən müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş şöbə binasında yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb.

Bankın Filiallarla iş departamentinin direktoru Emil Qədimov bildirib ki, Azərbaycan Beynəlxalq Bankının xidmət şəbəkəsinin optimallaşdırılması, filial və şöbələrin vahid korporativ üsluba, müasir konseptə uyğunlaşdırılması bundan sonra da davam etdiriləcək: “Bu tədbirləri həm paytaxtda, həm də regional filial və şöbələrimizdə davam etdirəcəyik. Məqsədimiz fəaliyyətimizdə tətbiq etdiyimiz yeni xidmət standartları ilə müştəri məmnuniyyətinə nail olmaqdır. Ümid edirik ki, Bankın yenilənmiş Ucar şöbəsindəki şərait müştərilərimizin ürəyincə olacaq və bank bu regionun sosial-iqtisadi inkişafına öz töhfələrini verəcək”.

Ucar şöbəsində vətəndaşlara kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. də daxil olmaqla, bir çox bank məhsul və xidmətləri təklif edilir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

 

Paylaş:
589

Son xəbərlər

Mikayıl Cabbarov İlaxır Çərşənbəyə dair paylaşım edibBu gün, 10:10FHN Novruz bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edibBu gün, 10:03Dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVABu gün, 09:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:46TƏBİB Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyəcəkBu gün, 09:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri açıqlanıbBu gün, 09:24Saatlıda narkokuryerdən 8 kiloqram heroin və marixuana aşkar edilibBu gün, 09:16Azərbaycan neftinin qiyməti 88 dolları keçibBu gün, 09:12Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edibBu gün, 09:08Bu gün İlaxır çərşənbə qeyd olunurBu gün, 09:07Səhiyyə Nazirliyi bayram günləri ilə bağlı əhaliyə müraciət edibBu gün, 08:58DYP hərəkət iştirakçılarına hava ilə bağlı müraciət edibBu gün, 08:51Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 08:44Zəngilan, Cəbrayıl və Qubadlıda sənaye zonaları yaradılacaq18 / 03 / 2024, 17:45Martın 1-dən 15-dək 19 mindən çox vətəndaş Elm və Təhsil Nazirliyinə müraciət edib18 / 03 / 2024, 17:33Ceyhun Bayramov Çanaqqala zəfərinin ildönümü münasibətilə Türkiyəni təbrik edib18 / 03 / 2024, 17:11Ötən həftə azad olunmuş ərazilərdə 38 mina aşkarlanıb18 / 03 / 2024, 17:02Süni intellekt əvəzinizə mahnı yaradacaq - FOTO18 / 03 / 2024, 16:48Cənubi Qafqazın sülh təşəbbüskarları18 / 03 / 2024, 16:34“Ali Məhkəmənin tətbiq etdiyi yeni sistem hamı üçün faydalıdır” – RƏYLƏR18 / 03 / 2024, 16:34
Bütün xəbərlər