Azərbaycan Beynəlxalq Bankının rəhbərliyi Türkiyədə səfərdə olub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankının rəhbərliyi Türkiyədə səfərdə olub

16:00 - 18 / 03 / 2019
Azərbaycan Beynəlxalq Bankının rəhbərliyi Türkiyədə səfərdə olub

Azərbaycan Beynəlxalq Bankının rəhbərliyindən ibarət nümayəndə heyəti Türkiyədə səfərdə olub.

Onlar Türkiyənin aparıcı maliyyə qurumlarından Türkiyə İş Bankası və QNB Finansbank-ın rəhbər heyəti ilə görüşlər keçiriblər. Türkiyə bankları ilə təcrübə mübadiləsinin aparılması Azərbaycan Beynəlxalq Bankının yeni İnkişaf Strategiyasının hazırlanması layihəsi çərçivəsindədir. Məlum olduğu kimi, bu ilin əvvəlindən bankın növbəti üç il üzrə strateji inkişaf planının hazırlanması üzrə nüfuzlu beynəlxalq konsaltinq şirkəti ilə birlikdə iş gedir. Burada xarici bankların, xüsusilə qonşu ölkələrdən Türkiyə və Rusiya banklarının müxtəlif seqmentlər üzrə əldə etdiyi mütərəqqi təcrübənin öyrənilməsi və tətbiqi mühüm yer tutur.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov səfərin kifayət qədər uğurla keçdiyini bildirib: “Həm Türkiyə İş Bankası, həm də QNB Finansbank Türkiyənin və ümumilikdə regionun iqtisadi həyatında mühüm rol oynayan maliyyə institutlarıdır. Rəqəmsal bankçılıq, İT transformasiya, qabaqcıl risk menecment təcrübəsi və real sektora təqdim olunan innovativ maliyyə alətləri istiqamətində banklarla maraqlı müzakirələrimiz oldu. Keçirdiyimiz görüşlər, əldə edilən təcrübə Azərbaycan Beynəlxalq Bankının fəaliyyəti üçün, inanırıq ki, çox faydalı olacaq”.

Abbas İbrahimov xarici banklarla, o cümlədən Türkiyə bankları ilə əlaqələrin bundan sonra daha da genişləndiriləcəyini deyib. Onun sözlərinə görə, Türkiyə banklarına yüksək nəticələr qazandırmış bir sıra uğurlu yanaşmalar, innovativ texnologiyalar bazarın xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Beynəlxalq Bankının strategiya layihəsində də nəzərə alınacaq və gələcək fəaliyyətində tətbiq ediləcək.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

 

 

 

Paylaş:
320

Son xəbərlər

Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36
Bütün xəbərlər