Azərbaycan Beynəlxalq Bankı UNEC-də karyera günü keçirib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankı UNEC-də karyera günü keçirib

14:45 - 26 / 04 / 2018
Azərbaycan Beynəlxalq Bankı UNEC-də karyera günü keçirib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzində “Azərbaycan Beynəlxalq Bankının iş dünyası ilə tanışlıq” mövzusunda təqdimat keçirilib.

Tədbir UNEC tələbələrinin Azərbaycan Beynəlxalq Bankının fəaliyyəti, bankda mövcud olan təcrübə proqramları barədə məlumatlandırılması, onların bu proqramlara cəlb olunması ilə maliyyə bazarları üçün peşəkar kadr hazırlığına dəstək, karyera istiqaməti seçimində gənclərin maarifləndirilməsi məqsədi daşıyıb.

Bank əməkdaşları tələbələrə bankın fəaliyyəti, məhsul və xidmətləri, fəaliyyət göstəriciləri, təcrübə proqramları və s. barədə ətraflı məlumatlar təqdim ediblər. İş həyatına doğru ilk uğurlu addımlar üçün CV-lərin peşəkar qaydada tərtibi, müsahibəyə hazırlıq barədə onlara tövsiyələr verilib. Tələbələrin sualları cavablandırılıb və CV-ləri qəbul olunub.

Azərbaycan Beynəlxalq Bankının İnsan Resurslarının idarə edilməsi və təşkilati işlər departamentinin direktoru Şölə Əkbərova bildirib:

“Müvafiq ixtisaslara yiyələnən gənclərimizin öz bilik və bacarıqlarına uyğun karyera qurmalarına dəstək, onlara bu sahədə bərabər imkanların yaradılması üçün Azərbaycan Beynəlxalq Bankı bu cür tədbirləri digər ali təhsil müəssisələrində də təşkil etmək niyyətindədir”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

Paylaş:
528

Son xəbərlər

2024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42
Bütün xəbərlər