Azərbaycan Beynəlxalq Bankı “SIBOS – 2018” beynəlxalq sərgisində iştirak edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankı “SIBOS – 2018” beynəlxalq sərgisində iştirak edir

16:30 - 22 / 10 / 2018
Azərbaycan Beynəlxalq Bankı “SIBOS – 2018” beynəlxalq sərgisində iştirak edir

Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) hər il təşkil etdiyi SIBOS sərgi-konfransı bu il 22-25 oktyabr tarixində Avstraliyanın Sidney şəhərində keçirilir.

Sərgiyə Cənubi Qafqaz regionunun aparıcı banklarından olan Azərbaycan Beynəlxalq Bankı da qatılıb. Bankı bu beynəlxalq sərgidə İdarə Heyətinin sədri vəzifəsini icra edən Abbas İbrahimov və baş direktor Fuad İslamov təmsil edir.

Qeyd edək ki, hər il bu sərgi-konfransa dünyanın iri bank və maliyyə qurumlarının nümayəndələri qatılır.

Sərgi-konfrans çərçivəsində Azərbaycan Beynəlxalq Bankının nümayəndə heyəti xarici maliyyə qurumlarının təmsilçiləri, o cümlədən bankın uzunmüddətli tərəfdaşları olan JP Morgan, Citibank, Commerzbank, Deutsche Bank, Credit Suisse, Societe Generale, Türkiyə İş Bankası və s. bu kimi maliyyə institutlarının nümayəndələri ilə 30-dan çox görüş keçirəcək. Azərbaycan Beynəlxalq Bankının yeni layihələri, bankda gedən inkişaf prosesləri, strateji hədəfləri barədə məlumat veriləcək. Gələcək əməkdaşlıq perspektivləri müzakirə ediləcək.

Bankın İdarə Heyətinin sədri vəzifəsini icra edən Abbas İbrahimov bildirib:

“Ənənəvi SIBOS sərgi-konfransları dünyanın maliyyə sektorundakı innovativ trendlərin izlənməsi, yeni bankçılıq təcrübə və texnologiyaları ilə tanışlıq, ən əsası isə işgüzar əlaqələrin qurulması baxımından çox mühüm platformadır. Geniş beynəlxalq tərəfdaşlıq çevrəsinə malik olan Azərbaycan Beynəlxalq Bankı da bu imkanı dəyərləndirərək SIBOS sərgi-konfranslarında hər il təmsil olunur. “SIBOS-2018” çərçivəsində keçirdiyimiz görüşlər, apardığımız müzakirələr, ümid edirik ki, bankın fəaliyyətinə fayda verəcək”.

Bu ənənəvi tədbirin keçirilməsinə 1978-ci ildən başlanıb. Hər il müxtəlif ölkələrdən minlərlə nümayəndəni bir araya gətirən SIBOS sərgi-konfransı ümumdünya bank-maliyyə sektorunun əhəmiyyətli nailiyyətlərindən sayılır.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

Paylaş:
544

Son xəbərlər

“TuranBank” 2024-cü ilin I rübünün nəticələrini elan etdiBu gün, 19:55Qırmızı Meydan ziyarətçilərə bağlanıbBu gün, 17:46Azərbaycan elektromobil idxalını artırıbBu gün, 17:40AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıbBu gün, 17:38Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıbBu gün, 17:28Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıbBu gün, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTOBu gün, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidirBu gün, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEOBu gün, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıbBu gün, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHIBu gün, 16:10Bakcell böyük yeniliklərə hazırlaşırBu gün, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcəkBu gün, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTOBu gün, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOBu gün, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildiBu gün, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilibBu gün, 15:22Bakıda mənzildə meyit aşkarlandıBu gün, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edibBu gün, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06
Bütün xəbərlər