1news.az

Azərbaycan Beynəlxalq Bankı şahmat turnirində qalib oldu

17 May saat 11:00 ~ 1 dəqiqəlik oxu 200
Azərbaycan Beynəlxalq Bankı şahmat turnirində qalib oldu

13-15 may tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş banklararası şahmat yarışı keçirilib.

2016-cı ildən bəri artıq 4-cü dəfədir ki, keçirilən və hər il böyük marağa səbəb olan yarışmada 20 bankdan 60-dan artıq nümayəndə iştirak edib.

Yarışın nəticələrinə əsasən, komanda hesabında "Azərbaycan Beynəlxalq Bankı" ASC qalib olub və ötənilki birinciliyini qoruyub. Bankın əməkdaşları komanda hesabında 21.5 xal qazanıblar. Komandanın kapitanı Rauf Hacılı 9 oyundan 9 xal əldə edərək şəxsi hesabda 3-cü il ardıcıl yarışın qalibi olub.

Belə bir ənənəvi yarışın keçirilməsində məqsəd Azərbaycanda şahmatın kütləviliyini artırmaq, bank sektorunda çalışanların asudə vaxtının səmərəli təşkilidir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Banklar və maliyyə BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net