Azərbaycan Beynəlxalq Bankı kompensasiya ödənişlərinə start verdi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankı kompensasiya ödənişlərinə start verdi

15:10 - 22 / 04 / 2019
Azərbaycan Beynəlxalq Bankı kompensasiya ödənişlərinə start verdi

“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı çərçivəsində problemli kreditlər üzrə kompensasiya ödənişlərinə Azərbaycan Beynəlxalq Bankında da bu gündən start verilir.

Kompensasiya vəsaitlərinin köçürülməsi mərhələli şəkildə həyata keçiriləcək. Proses növbəlilik prinsipi əsasında aparılacaq.

Azərbaycan Beynəlxalq Bankından müştərilərə SMS göndərilərək kompensasiya ödənişlərinin yeri və vaxtı barədə əvvəlcədən məlumat verilib. Bu, vətəndaşların rahatlığı, onların vaxtına qənaət üçündür. Belə ki, müştərilər təyin edilmiş vaxtda filiala gələrək növbədə dayanmadan, təqdim etdikləri məlumatlar müvafiq qaydada yoxlandıqdan sonra kompensasiya ödənişlərini ala bilərlər.

Telefon nömrəsini dəyişmiş müştərilərdən isə Bankın 937 nömrəli Məlumat Mərkəzinə zəng edib, yeni əlaqə nömrələrini təqdim etmələri xahiş olunub. Bankın sosial şəbəkələrdəki korporativ səhifələrində bu barədə bildiriş yerləşdirilib.

Müştərilər, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi portala bankın səhifəsi üzərindən daxil olaraq xarici valyuta kreditləri üzrə hesablanmış kompensasiya məbləği və restrukturizasiya məlumatını əldə edə bilərlər.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

 

Paylaş:
492

Son xəbərlər

TƏBİB Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyəcəkBu gün, 09:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri açıqlanıbBu gün, 09:24Saatlıda narkokuryerdən 8 kiloqram heroin və marixuana aşkar edilibBu gün, 09:16Azərbaycan neftinin qiyməti 88 dolları keçibBu gün, 09:12Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edibBu gün, 09:08Bu gün İlaxır çərşənbə qeyd olunurBu gün, 09:07Səhiyyə Nazirliyi bayram günləri ilə bağlı əhaliyə müraciət edibBu gün, 08:58DYP hərəkət iştirakçılarına hava ilə bağlı müraciət edibBu gün, 08:51Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 08:44Zəngilan, Cəbrayıl və Qubadlıda sənaye zonaları yaradılacaq18 / 03 / 2024, 17:45Martın 1-dən 15-dək 19 mindən çox vətəndaş Elm və Təhsil Nazirliyinə müraciət edib18 / 03 / 2024, 17:33Ceyhun Bayramov Çanaqqala zəfərinin ildönümü münasibətilə Türkiyəni təbrik edib18 / 03 / 2024, 17:11Ötən həftə azad olunmuş ərazilərdə 38 mina aşkarlanıb18 / 03 / 2024, 17:02Süni intellekt əvəzinizə mahnı yaradacaq - FOTO18 / 03 / 2024, 16:48Cənubi Qafqazın sülh təşəbbüskarları18 / 03 / 2024, 16:34“Ali Məhkəmənin tətbiq etdiyi yeni sistem hamı üçün faydalıdır” – RƏYLƏR18 / 03 / 2024, 16:34Böyük Britaniya kralı III Çarlz vəfat edib18 / 03 / 2024, 16:20“Gənclik” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb18 / 03 / 2024, 16:13İlham Əliyev Xankəndinin Azərbaycan torpağı olması ilə bağlı bir sıra faktları açıqlayıb18 / 03 / 2024, 16:04Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib18 / 03 / 2024, 15:58
Bütün xəbərlər