Azərbaycan Beynəlxalq Bankı “Global Influencer Day” tədbirinin keçirilməsinə dəstək göstərəcək – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankı “Global Influencer Day” tədbirinin keçirilməsinə dəstək göstərəcək – FOTO

12:00 - 16 / 10 / 2018
Azərbaycan Beynəlxalq Bankı “Global Influencer Day” tədbirinin keçirilməsinə dəstək göstərəcək – FOTO

“Global Influencer Day” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə 26-30 oktyabr tarixlərində ölkəmizdə ilk dəfə olaraq təşkil etdiyi “İnnovasiyalar həftəsi” çərçivəsində “Keepface DMCC” və “FA International Trade Events”in təşkilatçılığı ilə oktyabrın 27-də baş tutacaq.

Müasir dövlət bankı olaraq innovativ inkişafa daim dəstək verən Azərbaycan Beynəlxalq Bankı da bu tədbirin bank sponsorudur.

“İnnovasiyalar həftəsi”ndə yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərlə tanışlıq imkanı yaradılacaq, konfranslar, forum və yarışlar, sərgi keçiriləcək. Beləliklə, bu tədbirlər ölkəmizdə informasiyalı cəmiyyətin inkişafına, rəqəmsal texnologiyaların tətbiqinə, innovasiyaların əhatə dairəsinin genişlənməsinə töhfə verəcək. 

“Global Influencer Day”də dünyanın ən uğurlu süni intellekt nümunəsi, ilk vətəndaş robot Sofia da iştirak edəcək. Sofia təşkilatçıların dəvətini artıq “qəbul edib” və hazırda Azərbaycana səfərə hazırlaşır. O, Bakıda görüşünə gələnləri ana dilimizdə salamlamaqdan ötrü indi Azərbaycan dilini öyrənir. Beləliklə, “Global Influencer Day”ə gələnlər dünyanın bu ən ağıllı robotu ilə ünsiyyət qura biləcəklər.

Sofiadan savayı, “Global İnfluencer Day”ə dünyanın 30 müxtəlif ölkəsindən hər birinin 1 milyondan çox izləyicisi olan “ınfluencer”lər qatılacaq. Yada salaq ki, “ınfluencer” - yaratdığı faydalı məzmunla özünə geniş izləyici auditoriyası toplamış, onları yönləndirmə və inandırma gücünə malik istedadlı şəxslərdir. Aktiv, innovativ brendlər “ınfluenser”lər vasitəsilə öz hədəf auditoriyalarına çıxış əldə edir, öz xidmət və məhsullarını tanıda bilirlər. Onlar üçün Bakının gəzməli-görməli yerləri, milli mətbəximizlə tanışlıq üçün kontent-tur təşkil ediləcək. Bu isə qlobal arenada Azərbaycan haqqında geniş məlumat paylaşımı, ölkəmizin dünyada daha da tanınması deməkdir. Azərbaycan Beynəlxalq Bankının “Global Influencer Day”ə sponsorluq dəstəyi də onun qlobal əhəmiyyəti və cəmiyyətimizin gələcəyinə faydalarından irəli gəlir.

Azərbaycan Beynəlxalq Bankı ilə yanaşı, Azərbaycan Respublikasının Turizm Agentliyi, “ADA” Universiteti, Azərbaycandakı ABŞ Ticarət Palatası, Azərbaycan Konqreslər Bürosu, CELA və CAMCA şəbəkələri də “Global Influencer Day”ə dəstək verir.

Reklam hüququnda

Paylaş:
586

Son xəbərlər

Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57
Bütün xəbərlər