Azərbaycan Beynəlxalq Bankı “3D Təhlükəsizlik” xidmətindən istifadəni pulsuz etdi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankı “3D Təhlükəsizlik” xidmətindən istifadəni pulsuz etdi

16:00 - 25 / 04 / 2019
Azərbaycan Beynəlxalq Bankı “3D Təhlükəsizlik” xidmətindən istifadəni pulsuz etdi

Bank əməliyyatlarının maksimum təhlükəsizliyi üçün ardıcıl tədbirlər həyata keçirən Azərbaycan Beynəlxalq Bankı bu istiqamətdə daha bir addım atıb.

Bank plastik kartlarla əməliyyatlar zamanı təhlükəsizliyi ən yüksək səviyyədə qoruyan “3D Təhlükəsizlik” (3D Secure) xidmətinə qoşulmağı müştərilər üçün pulsuz edib. Xidmətdən istifadəyə görə də müştərilərdən heç bir komisyon haqq tutulmayacaq. Bundan başqa, bank “3D Secure SMS qeydiyyat” xidmətini də istifadəyə verib.

“3D Təhlükəsizlik” texnologiyası beynəlxalq ödəniş sistemləri tərəfindən yaradılmış qlobal protokoldur. Bu texnologiya ödəniş kartları ilə onlayn əməliyyatlar zamanı müştərinin hesabındakı vəsaitləri kibercinayətkarlıq hallarından qoruyur. Kart sahibi öz mobil telefon nömrəsini bu xidmətə qoşur. Hər dəfə internet ödənişi zamanı həmin nömrəyə birdəfəlik təhlükəsizlik şifrəsi göndərilir. Yalnız həmin kod daxil edildikdən sonra ödənişin başa çatdırılması mümkün olur. Beləliklə, kart itirildikdə, kartın nömrə və şifrəsi başqa əllərə keçdikdə onunla onlayn əməliyyatlar aparmağın qarşısı tam alınır. Mobil telefon nömrəsi Azərbaycan Beynəlxalq Bankının məlumat bazasında olan hər bir müştəri indi bu sistemə avtomatik qoşulacaq. Digər müştərilər isə sistemə bankın ATM-ləri, bankın  filial və şöbələri,  yaxud Azerikard prosessinq mərkəzinin 194 nömrəli Məlumat Mərkəzi vasitəsilə qoşula bilərlər. 

Azərbaycan Beynəlxalq Bankının Elektron ödənişlər departamentinin direktoru Eldar Cəbrayılov bildirib: “Bu texnologiya müştəriyə qarşı dələduzluq risklərinin aradan götürülməsinə xidmət edir. “3D Təhlükəsizlik” xidmətindən faydalanan müştərilərimiz kart əməliyyatlarının tam təhlükəsizliyinə əmin ola bilərlər”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

 

Paylaş:
3798

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər