Azərbaycan Avropa Birliyi ilə münasibətlərini hansı müstəvidə qurur? – TƏHLİL | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Avropa Birliyi ilə münasibətlərini hansı müstəvidə qurur? – TƏHLİL

11:11 - 25 / 11 / 2017
Azərbaycan Avropa Birliyi ilə münasibətlərini hansı müstəvidə qurur? – TƏHLİL

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Avropa Birliyi və regional inteqrasiya üzrə tədqiqatçı Muxtar Hacızadə Azərbaycan-Avropa Birliyi münasibətləri ilə bağlı nəzər-nöqtəsini əks etdirən məqalə yazıb.

1news.az həmin məqaləni oxucuların diqqətinə çatdırır:

Avropa Birliyi təsisatlarının yerləşdiyi Brüsseldə 24 noyabr 2017-ci ildə 5-ci Şərq Tərəfdaşlığı zirvə görüşü keçirilib. 28 Avropa Birliyi və onun şərq qonşuluğunda yerləşən 6 ölkənin dövlət və hökumət başçılarının birgə görüşündə 2015-ci ildəki 4-cü zirvə görüşündən bu günə qədər əldə edilən nəticələr müzakirə olunub. Gələcək əməkdaşlıq üçün daha güclü iqtisadiyyat, daha güclü idarəçilik, daha güclü bağlantı və daha güclü cəmiyyəti ehtiva edən dörd prioritet sahə üzrə əməkdaşlığın 20 hədəf ətrafında qurulması diqqətə idi.

Zirvə görüşündə Azərbaycan dövlət başçısı prezident İlham Əliyev iştirak edib.

Zirvə görüşü ərəfəsində Avropa Birliyi Şurasına hazırda sədrlik edən Estoniyanın prezidenti xanım Kersti Kaljulaid bildirmişdir ki, "Şərq və Qərb bölgüsü yoxdur. Demokratik dəyərlərə sadiq həmfikir ölkələrin birliyi, tərəfdaşlığı, və bu dəyərləri paylaşmayanlar var."

Zirvə görüşü astanasında Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Müzakirələri üzrə baş direktoru Kristian Danielson qeyd etmişdir ki, Şərq Tərəfdaşlığı həm Avropa Birliyi ilə onun Şərqindəki Tərəfdaş ölkələri arasında həm də Tərəfdaş ölkələrin özləri arasında əməkdaşlıq mühiti yaradır. Yenicə fəliyyətə başlayan Bakı-Tbilisi-Qars dəmiryolu xətti çox önəmlidir, daha səmərəli nəqliyyat vasitəsi təklif edir, daha çox ticarət və iqtisadi inkişaf gətirəcəkdir. Bu sahədə başlamış əməkdaşlıq digər sahələrə də yayıla bilər.

Avropa Birliyinin Xarici Siyasət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya və ATƏT üzrə direktoru Lyuk Devin vurğulamışdır ki, Azərbaycan Avropa Birliyi üçün bir sıra səbəblərə görə, o cümlədən, enerji və Cənubi Qaz Dəhlizinin strateji təchizatçısı, önəmli ticarət tərəfdaşı, iqtisadiyyatını şaxələndirmək istəməsi, mürəkkəb regionda yerləşən və sabitliyə malik dünyəvi ölkə olduğu üçün xüsusi maraq kəsb edir. Onun sözlərinə görə Avropa Birliyi ilə Azərbaycan arasındakı yeni saziş üçün aparılan danışıqlarda irəliləyiş var və Azərbaycan tərəfinin bu prosesə ciddi cəlb olunduğu müşahidə olunur.

Münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə həyata keçirilir

Avropa Birliyi və Azərbaycan münasibətləri fərqli, amma bir-birini tamamlayan müxtəlif müstəvilərdə həyata keçirilir. Azərbaycanın Avropa Birliyi ilə "Şərq Tərəfdaşlığı" çərçivəsindəki əməkdaşlığı 2004-cü ildə qəbul olunmuş "Avropa Qonşuluq Siyasəti" və ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edən, 1996-ci ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi üzərində qurulmuşdur.

2013-cü ildə Azərbaycan ilə Avropa Birliyi arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında saziş imzalanmışdır. Saziş Azərbaycan vətəndaşları üçün qısa müddətli vizaların daha asan və ucuz alınmasını, o cümlədən rəsmi nümayəndə heyətlərini, 12 yaşdan aşağı uşaqları, təqaüdçüləri, tədqiqatçı və tələbələri tamamilə viza rüsumundan azad edir.

2017-ci il fevralın 6-da prezident İlham Əliyevin Brüssel səfəri Azərbaycan ilə Avropa Birliyi arasındakı münasibətlərə yeni təkan vermişdir. Beləki, Avropa Birliyi Şurasının prezidenti  Donald Tusk ilə görüşdə yeni ikitərəfli saziş üzrə danışıqların başlanacağı elan edilmişdir. Hazırda, danışıqlar ilkin versiyasını Azərbaycanın təqdim etdiyi və Avropa Birliyinin dəyişiklər təklif etdiyi sənəd üzərində siyasi-təhlükəsizlik, ticarət və sektorlar üzrə əməkdaşlıq olmaqla üç fəsillər üzrə davam etdirilir.

"Avropa Qonşuluq Siyasəti" nədir və nə təklif edir?

2004-cü ildə qəbul olunmuş Avropa Qonşuluq Siyasəti (AQS) Avropa Birliyinin Cənubundakı və Şərqindəki qonşuluğuna mənsub olan ölkələrlə ortaq maraqlar əsasında demokratiyanın təbliğ olunması, hüququn üstünlüyü, insan haqlarına hörmət, sosial inkişaf naminə əməkdaşlığı nəzərdə tutur. 2015-ci ildə öz qonşuluqdakı ölkələrlə məsləhətləşmələr aparan Avropa Birliyi Qonşuluq Siyasətini yenidən nəzərdə keçirərək həmin ölkələrlə gələcək münasibətlərini hər biri üçün xüsusi yanaşma prinsipi əsasında fərqləndirməyə qərar vermişdir. Avropa Birliyin tərəfdaş ölkələrlə bundan sonrakı əlaqələrini onların özlərinin cəlb olunmaq istədikləri əməkdaşlığın dərinliyi və inteqrasiya səviyyəsindən asılı olaraq  fərqlilik, elastiklik, birgə sahiblik və birgə məsuliyyət prinsipləri əsasında davam etdirməyi qərara almışdır.

Avropa Birliyi qonşu ölkələrdə müxtəlif sahələrdə islahatları dəstəkləmək naminə 2014-2020-ci illərdəki layihələr üçün 15 milyard Avro məbləğində vəsait ayırmışdır. Həmin islahatlar çərçivəsində dövlət idarəçiliyi, demokratiya, qanun aliliyi, insan haqları sahəsində islahatları; sabitləşmə üçün iqtisadi inkişafı; təhlükəsizlik; miqrasiya və mobillik üzrə dörd əsas sahəni əhatə edir. 

"Şərq Tərəfdaşlığı" nədir və nə təklif edir?

Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa Birliyi və qonşuluğundakı hər bir ölkə ilə münasibətlər ikitərəfli əməkdaşlığa əsaslanan müstəvidə həyata keçirilir. Buna əlavə olaraq münasiblər üçün regional və çoxtərəfli əməkdaşlıq təşəbbüsləri üçün də imkanlar mövcuddur. Bunlardan biri də Avropa Qonşuluq Siyasətinə əsaslanan "Şərq Tərəfdaşlığı" proqramıdır. Avropa Birliyi və onun Şərqindəki qonşu ölkələri əməkdaşlığa cəlb edən ortaq təşəbbüsdür. Bu proqram Avropanın Şərqindəki birbaşa qonşuları olan Belarus, Moldova, Ukrayna, eyni zamanda, Cənubi Qafqaz ölkələri olan Azərbaycan, Gürcüstan və Ermənistan olmaqla altı ölkənin Avropa Birliyi ilə daha yaxın əməkdaşlığını nəzərdə tutur.

Bütün tərəfdaş ölkələrə Avropa Birliyi ilə dərin və hərtərəfli azad ticarət zonasında olmaq imkanı, assosiasiya razılaşması və Şengen zonasında vizasız hərəkət rejimi təklif olunur. Moldova, Ukrayna və Gürcüstan artıq bütün təkliflərdən faydalanmaqdadır. 2013-cü ildə Ermənistan viza sadələşdirilməsi və readmissiya müqaviləsini imzalamışdır. Hərtərəfli və genişləndirilmiş əməkdaşlıq sazişi isə 24 noyabr 2017-ci ildə imzalandı.

"Şərq Tərəfdaşlığı" proqramı Avropa Birliyinin 2009-cu ildəki sammitində qəbul olunub. 28 Avropa Birliyi və onun Şərqində yerləşən 6 ölkənin dövlət və hökumət başçıları mütəmadi qaydada hər iki ildə bir dəfə olmaqla Şərq Tərəfdaşlığı zirvə görüşü üçün bir araya gəlirlər. Əvvəlki görüşlər 2011-ci ildə Varşavada, 2013-cü ildə Vilnüsdə, 2015-ci ildə Riqada keçirilmişdir. 

1news.az

 

 

 

 

Paylaş:
1368

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEOBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər