Azərbaycan-Almaniya diplomatik əlaqələrinin 25 illiyi münasibətilə konsert olub - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan-Almaniya diplomatik əlaqələrinin 25 illiyi münasibətilə konsert olub - FOTO

16:10 - 05 / 12 / 2017
Azərbaycan-Almaniya diplomatik əlaqələrinin 25 illiyi münasibətilə konsert olub - FOTO

Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə Berlinin nüfuzlu Kesselhaus musiqi sarayında “Cəngi” etno-caz qrupunun ifasında konsert proqramı keçirilib.

1news.az xəbər verir ki, konsert proqramı ölkəmizin Almaniyadakı səfirliyinin, Alman-Azərbaycan Forumunun birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyi və SOCAR-ın Almaniya nümayəndələyinin dəstəyi ilə baş tutub. 

Azərbaycanın Almaniyada fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov tədbirdə giriş nitqi ilə çıxış edib. 2017-ci ilin Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü və Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi ilə yadda qaldığını deyən səfir Azərbaycan-Almaniya münasibətlərinin bütün sahələrdə dinamik inkişaf və uğurlu əməkdaşlıqla səciyyələndiyini bildirib.

Səfir iki dövlət arasındakı münasibətlərdə mədəniyyət sahəsinin özünəməxsus yeri olduğunu və azərbaycanlı caz ustalarının iştirakı ilə keçirilən sözügedən konsertin bunun bariz nümunəsi olduğunu bildirib. 1992-ci ildə yaradılmış və Mircavad Cəfərovun bədii rəhbəri olduğu “Cəngi” qrupu haqda məlumat verən səfir qrupun caz musiqisini Azərbaycanın milli musiqisi ilə ustalıqla sintez etdiyini və qrupun ifasının tədbir iştirakçılarına zövq verəcəyindən əmin olduğunu bildirib.    

Tədbir iştirakçılarını Almaniya-Azərbaycan Forumunun adından salamlayan qurumun sədri, keçmiş dövlət katibi Hans-Eberhard Şlayer Azərbaycan və Almaniya arasında münasibətlərin davamlı inkişafından və Forumun buna verdiyi töhfədən danışıb. Hans-Eberhard Şlayer təmsil etdiyi təşkilatın həyata keçirdiyi layihələr, tədbirlər və alman iqtisadi dairələrinin Azərbaycana səfərləri barədə məlumat verib və qeyd edib ki, Berlində Azərbaycanın füsunkar etno-caz musiqisindən ibarət konsertin keçirilməsi Azərbaycanın zəngin mədəniyyətinin Almaniyada daha yaxından tanıtdırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Daha sonra söz musiqiçilərə verilib və “Cəngi” etno-caz qrupunun ifasında Azərbaycanın tanınmış xalq və bəstəkar mahnıları caz musiqisi ilə sintez halında səsləndirilib. Musiqiçilər caz melodiyalarının müşayiəti ilə ud, tar, tütək və nağara kimi milli musiqi alətlərimizin imkanlarını ustalıqla nümayiş etdiriblər. Möhtəşəm konsert proqramını tamaşaçılar alqışlarla qarşılayıblar.

Böyük maraq doğuran konsertə Almaniya Bundestaqı, Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının təmsilçiləri, eləcə də elmi və mədəni ictimaiyyətin, mətbuatın, Berlindəki xarici diplomatik missiyaların və Almaniyadakı Azərbaycan diasporunun nümayəndələri qatılıblar.

 

P.Sultanova

 

Paylaş:
734

Son xəbərlər

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34
Bütün xəbərlər